25.02.2026, 16:03
AZ EN
25.02.2026, 13:55 32

Paşinyandan gözlənilməz etiraf

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin dövlət müstəqilliyi qazanması ilə bağlı gözlənilməz bəyanat səsləndirib.

"Vətən səsi" xəbər verir ki, Baş nazir Ermənistanın özündən asılı olmayan səbəblərdən müstəqil dövlət olub: "Bir problemi həll etdikdə, problemlərin sayı azalmır, əksinə artır. Bizim həyati və tarixi əhəmiyyətli məsələlərimiz var. Bugünkü Ermənistanda biz tarixi bir problemi həll etdik, 2018-ci ildən bəri bundan danışırdım. Bu problem ondan ibarətdir ki, biz tarixdən tanıdığımız dövrü - Ermənistanın müəyyən geosiyasi şəraitə görə, bəzən özündən asılı olmayan hallar nəticəsində müstəqillik əldə etməsi və dövlətçiliyinin olması, sonra yenidən müstəqillik və dövlətçiliyin itirilməsi dövrünü aşmalıyıq. 2018-ci ildə mən bu problemi belə ifadə etdim ki, biz bu tarixi dövrü aşmalı və dövlətimizin varlığı yalnız öz qərarlarımızdan asılı olduğu yeni dövrə keçməliyik".

Nikol Paşinyan hesab edir ki, 2020-2025-ci illərdə, yəni 44 günlük müharibədən sonra bu problemi həll olunub. Onun fikrincə, İkinci Qarabağ müharibəsindən sonrakı proseslərin gedişində onun hökuməti təkcə tarixi dövrün yaratdığı təhdidləri dəf etməyib, həm də kökü uzun illərə gedib çıxan ağır və mürəkkəb riskləri aradan qaldırıb: "Bu proseslərdən sonra biz dövrün yaratdığı tarixi mərhələyə daxil olduq, burada dövlətçilik, suverenlik, müstəqillik, inkişaf, azadlıq və rifah yalnız bizim verdiyimiz qərarlardan asılıdır. Bu, tarixi nailiyyətdir və Ermənistan vətəndaşları bu tarixi nailiyyətin qoruyucusu olmalıdır".

Elxan SALAHOV

 

Oxşar xəbərlər