Bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Avropa Azərbaycanlıları Konqresinin Fəxri Prezidenti, “Hatay Azərbaycan Evi”nin rəhbəri Başar Kömür bildirib.
B. Kömür vurğulayıb ki, Parlament seçkiləri Azərbaycanın geostrateji mövqelərinin möhkəmlənməsi üçün də lazımdır: “Qanunverici hakimiyyət dünyada siyasi aktivliyin və gərginliyin artığı indiki dönəmdə operativ qərarlar qəbul edəcək səviyyədə olmalıdır. Parlamentdə intellektual, milli dünyagörüşlü insanlarımızın seçilməsi şərtdir. Gələcək inkişafımız həm də milli məclisimizin xalqın, dövlətin maraqlarına uyğun formada qurulmasından asılıdır”.