09.06.2025, 04:27
AZ EN
26.08.2022, 15:50 472

Azərbaycanda akkreditə olmuş diplomatik korpus və hərbi nümayəndələrin Şuşaya səfəri başlayıb

XƏBƏRLƏR
  • Azərbaycanda akkreditə olmuş diplomatik korpus və hərbi nümayəndələrin Şuşaya iki günlük səfəri başlayıb.

Diplomatik korpus və hərbi nümayəndələr təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına eniş ediblər.

Burada hava limanı ilə yaxından tanışlıqdan sonra “Zəfər yolu” ilə Şuşaya yola düşəcəklər.

Səfər çərçivəsində diplomatik korpus nümayəndələri və hərbi nümayəndələr işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edəcək.
Səfərin ilk günü işğaldan azad olunan ərazilərə Azərbaycanda qeyri-rezident əsasda akkreditə olunmuş diplomatların, avqustun 27-də isə rezident əsasda akkreditə olunmuş diplomatların səfəri baş tutacaq.

Qeyd edək ki, səfərdə 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edir. (Trend)

Oxşar xəbərlər