19.02.2026, 17:59
AZ EN
19.02.2026, 16:18 173

Sərkisyanın başı dərddə: məhkəmə ləğv edir, prokurorluq əl çəkmir

XƏBƏRLƏR
  • Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanla bağlı başlanmış yeni cinayət işi çərçivəsində tətbiq edilən ölkəni tərk etməmək qadağası ləğv edilib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Antikorrupsiya Məhkəməsinə istinadən məlumat yayıb. Bildirilir ki, hakim prokurorluğa tətbiq edilmiş qətimkan tədbirinin ləğv olunması ilə bağlı göstəriş verib. Sözügedən məsələ 2019-cu ildə vəfat etmiş iş adamı Mixail Baqdasarovun ifadələri əsasında başlanmış cinayət işi ilə bağlıdır. Həmin iş çərçivəsində Serj Sərkisyanın ölkədən çıxışına qadağa qoyulmuşdu. Lakin Sərkisyanın apellyasiya şikayəti əsasında məhkəmə həmin qərarı ləğv etməklə onun ölkədən çıxışına yaşıl işıq yandırıb.

Ermənistanın Baş Prokurorluğu isə Apellyasiya Məhkəməsinin çıxardığı qərarla razı deyil. Yerli mətbuatın yazdığına görə, prokurorluq Antikorrupsiya Məhkəməsinin keçmiş prezidentin ölkədən kənara çıxışına imkan verən qərarından apellyasiya şikayəti verəcək. Hətta Baş Prokurorluğun bununla bağlı rəsmi məlumat yaydığı da bildirilir. Qeyd olunur ki, Baş Prokurorluq məhkəmə aktını aldıqdan sonra apellyasiya şikayəti verəcək.

Ermənistan mətbuatı yazır ki, hökumət məhkəmə çəkişmələri vasitəsilə Serj Sərkisyanın siyasi fəaliyyətini məhdudlaşdırmaq, onun xaricdəki havadarları, xüsusilə Rusiyadakı qüvvələrlə təmaslarına imkan verməmək niyyətindədir. Ona görə də keçmiş prezidentin ən azı parlament seçkilərinin rəsmi nəticələri açıqlananadək ölkədən çıxmasına imkab verilməyəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər