Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Balakənin Şəhidlər xiyabanında dəfn olunub.
Vida mərasimində şəhidin doğmaları, Balakən rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Cavanşir İsrafil oğlu Həsənov 1967-ci il aprelin 14-də Balakən rayonunun Hənifə kəndində anadan olub. 1992-ci il iyunun 12-də Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. (Report)