19.02.2026, 19:47
AZ EN
19.02.2026, 17:57 5

Azərbaycanlıların Amasiyada görünməsi erməniləri şoka salıb

XƏBƏRLƏR
  • İternet resurslarında və sosial şəbəlkələrdə yayılan “Azərbaycanlılar Amasiyada erməni patrulları ilə söhbət edir” başlıqlı video Ermənistanda geniş rezonans doğurub. Son günlər Ermənistan mətbuatında az qala hər gün bu və ya digər şəkildə müzakirəyə çıxarılır.

"Vətən səsi" xəbər verir ki, belə bir növbəti məlumat Amasxiya bölgəsinin Qaraçanta kəndində yaşayan erməninin “Oragir.News”ə müsahibəsindən sonra yayılıb. Adı və soyadı açıqlanmayan erməni sakin həmin müsahibəsində deyib ki, azərbaycanlıların Qaraçantaya gəldiyini və onların sərbəst şəkildə məhəllələri gəzdiyini kənddə hamı danışır. O, özü həmin azərbaycanlılarla şəxsən qarşılaşmasa da, onların kənddə olduqlarından sosial şəbəkələrdə yayılan videolar vasitəsilə xəbər tutub.

Qaraçantalı erməni onu da deyib ki, azərbaycanlıların kəndə gəlişi ilk dəfə deyil. O, həmin kəndin tarixən azərbaycanlılara məxsus olduğunu, özlərinin isə oraya sonradan köçdüklərini etiraf edib: "Kəndimizin erməni qəbiristanlığından bir az yuxarıda onların qorunan qəbiristanlığı yerləşir. Eşitdiyimə görə, sovet rejimi dağılandan sonra da azərbaycanlılar bu kəndə tez-tez gəlib-gedir. Amma onların nə vaxt və necə gəldiklərini bilmirik. Videolarda görmüşük ki, evlərimizin yanından keçirlər, həmçinin Gümrünün küçələrində də görünürlər. Əgər Amasiyaya qədər gəlib çıxıblarsa, təəccüblü deyil ki, bizim kənddən də keçiblər. Kəndimiz əvvəllər tamamilə azərbaycanlıların yaşadığı yer olub və üç azərbaycanlı adı olub: Əzizbəyov, Ağbaba, Qaraçanta. 1989-cu ildə biz bura gələndə hələ də azərbaycanlılar var idi, hamısı tam köçməmişdi".

Elxan SALAHOV

Oxşar xəbərlər