22.11.2024, 08:54
AZ EN
21.08.2024, 20:28 249

Şəxsiyyət ömrünü yaşayan ziyalı

XƏBƏRLƏR
  • Elə insanlar var ki, yaşadıqları ömrü elə mənalı, dəyərlərlə zəngimləşdirirlər ki, bu, şəxsiyyət ömrünə çevrilir və nə xoş o kəsin halına ki, belə yaşamaq, yaşatmaq, ümid qapısı olmağı Allah onlara bəxş edib.

Tofiq müəllim də belə şəxsiyyət ömrünü yaşayanlar sırasındadır. El arasında bir adam dara düşəndə, naəlac qalanda deyirlər ki, Tofiq müəllimə  müraciət edin, heç kimsəni əliboş qaytarmaz...

Söhbət Qubadlının görkəmli şəxsiyyətlərindən biri, elimizin-obamızın çox hörmətli, dəyərli ağsaqqalı Hacı Tofiq Hüseynlidən söhbət gedir. 

El arasında, təkcə elə arasında deyil, elə Sumqayıtın özündə də  Çörək Tofiq kimi tanınan Tofiq Gülmalı oğlu Hüseynli, 21 avqust 1952-ci ildə Qubadlı rayonunun  Qundanlı kəndində dünyaya göz açmışdır. O, hələ körpə ikən, 1953-cü ildə valideynləri Sumqayıt şəhərinə köçürlər. O,1969-cu ildə orta məktəbi bitirəndən sonra iki il istehsalatda çalışır v sonrabhərbi xidmətdə olur. Əmak fəaliyyətinə çörək kombinatında başlayan Tofiq müəllim 1973-cü ildə Moskva Yeyinti Sənaye İnstitutunun çörəyin texnologiyası fakültəsinə daxil olur. 1979-cu ildə ali təhsilli mühəndis-texnoloq ixtisası üzrə işə başlayır. 1982-ci ildə Sumqayıt çörək-qənnadı kombinatına sex rəisi, 1992-ci ildə çörək səhmdar cəmiyyətinin sədri seçilir. Onun qayğıları 31 avqust 1993-cü ildən sonra daha da artır, belə ki, Qubadlının işğalı nəticəsində Sumqayıta 20 minə yaxın öz canını götürüb qaçmış biçarə vətən övladları köçüb gələndə onları qarşılamaq, sığınacaqla təmin etmək, yedirib-geyindirmək lazım idi. O vaxt elə bir vaxt idi ki, müharibə şəraiti, zavod va fabriklərdə acınacaqlı vəziyyət idi. Belə bir vaxtda Tofiq Hüseynli çox böyük fədakarlıqlar edərək, 200-dən artıq köçkün ailə başçısını öz yanında işə götürür, onları yataqxanalarda, sanatoriyalarda yerləşdirilməsi üçün əlindən gələni edir, yataqxanalarda məskunlaşdırdığı imkansız ailələrə əl tutur. Şəhid Qubadlı polis işçilərinin, Milli Qəhrəmanların ailələri, ailə başçısını itirmiş ailələr onun təşəbbüsü ilə himayəyə götürülmüşdür. Vətən yolunda şəhidlər verən çörək zavodunun ən gözəgəlimli yerində onların xatirəsinə güşə açılır, ailələri isə qayğıdan kənarda qalmır. Humanist ideyaların təşviqində və həyata keçirilməsində səmərəli fəaliyyətinə və əməllərinə görə xeyriyyəçi, ictimai xadim, Qubadlıların fəxri Tofiq Hüseynli "Hacı Zeynalabdin Tağıyev adına fəxri mükafat" ilə təltif edilmişdir.

Hörmətli Tofiq Hüseyinlini doğum günü münasibətilə  təbrik edirik, ona uzun ömür,  can sağlığı arzulayırıq!

Bu gün Tofiq müəllimin qəlbi və gözləri işıq saçır, qürurludur. Çünki həsrətində olduğumuz Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır. Üç rəngli bayraqlarımız dalğalanır Şuşamızda, Xankəndimizdə, Xocalımızda.

Tofiq müəllim deyir ki, şükürlər olsun ki, ata yurdumda həyat qaynayır, elimizi öz doğma yurdunda daha firəvan, xoşbəxt həyat gözləyir. Bu isə böyük xoşbəxtlikdir. İnanıram ki, elimiz dədə-baba yurduna köçəndə bütün ağrı, acılarını da unudacaqlar...

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!...

Ömrünüz daim işıqlı olsun Tofiq müəllim. 100 yaşayın!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR