11.09.2025, 13:33
AZ EN
11.09.2025, 07:50 29

Xocavəndə köçən keçmiş məcburi köçkün: Şükür bu günümüzə ki, öz evimizə-obamıza qayıdırıq

XƏBƏRLƏR
  • Neçə il idi, yataqxanada qalırdıq, şükür bu günümüzə ki, öz evimizə-obamıza gedirik.

Bunu jurnalistlərə açıqlamasında növbəti köç karvanı ilə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə gedən keçmiş məcburi köçkün Hüseynova Nazənin deyib.

O bildirib ki, öz doğma torpaqlarından 32 il əvvəl çıxıb:

"Allah o torpaqları bizə bəxş edən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizin də canını sağ eləsin.

Neçə il idi, yataqxanada qalırdıq, şükür bu günümüzə ki, öz evimizə-obamıza gedirik. Mən kəndimizdən çıxanda 40 yaşım var idi, indi 72 yaşım var. Çox şükür, həvəslə gedirik.

Həmişə arzulayırdım ki, uşaqlığımın, cavanlığımın keçdiyi yerə qayıdım, orada ölüm, məni orada dəfn etsinlər". (Report)

Oxşar xəbərlər