23.04.2025, 14:52
AZ EN
23.04.2025, 08:33 169

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 2023-cü il aprelin 23-ü saat 12:00-da ölkəmizin suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

BAKU.WS xatırladır ki, Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılıb və buradan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

Laçın sərhəd-buraxılış məntəqəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu.

Prezident İlham Əliyevin bildirdiyi kimi, 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası deməkdir.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR