19.03.2025, 03:02
AZ EN
18.03.2025, 18:35 129

Rəsmi Sofiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir

XƏBƏRLƏR
  • Ermənistan və Azərbaycan arasında davamlı sülhün, Cənubi Qafqaz xalqları üçün sabitliyin və iqtisadi tərəqqinin vaxtıdır.

Bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb.

Qeyd olunub ki, Bolqarıstan Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların çoxdan gözlənilən yekunlaşmasını alqışlayır və hər iki tərəfin sazişi tezliklə imzalayıb ratifikasiya etməsini gözləyir.

Xatırladaq  ki, daha əvvəl Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri martın 13-də bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib. (Report)

Oxşar xəbərlər