19.02.2026, 18:29
AZ EN
19.02.2026, 16:46 113

1994-cü ildə Kəlbəcərdə itkin düşmüş şəhidin qalıqları İsmayıllıda dəfn edilib

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Fərman Feyzullayev dəfn edilib.

Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun İstisu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Vida mərasimində şəhidin doğmaları, İsmayıllı rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Fərman Məhəmməd oğlu Feyzullayev 1971-ci il aprelin 20-də İsmayıllının İstisu kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunda (Murovdağ silsiləsi) gedən döyüşlər zamanı itkin düşüb.

Oxşar xəbərlər