19.02.2026, 17:40
AZ EN
19.02.2026, 15:47 214

I Qarabağ müharibəsinin itkin-şəhidi Azad Cəlilov Ucarda dəfn edilib

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Azad Cəlilov dəfn edilib.

Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Alpout kənd qəbiristanlığında torpağa tapşırılıb.

Vida mərasimində şəhidin doğmaları, Ucar rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azad Sabir oğlu Cəlilov 1975-ci il fevralın 14-də Ucarın Alpout kəndində anadan olub. 1994-cü il fevralın 6-da Kəlbəcər rayonunun Bağırlı kəndi (Murovdağ silsiləsi) istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. (Report)

Oxşar xəbərlər