Bunu bu gün Bakıda keçirilən brifinq zamanı ABŞ Ticarət Palatasının (U.S. Chamber of Commerce) Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Mil bildirib.
“Amerika şirkətləri burada regionu birləşdirmək, faktiki olaraq Xəzər vasitəsilə Mərkəzi Asiyanı Avropa ilə inteqrasiya etmək və multimodal ticarət marşrutlarını inkişaf etdirmək imkanı görürlər - əvvəllər belə bir imkan heç vaxt olmayıb. Və Azərbaycan regionu bu cür inteqrasiya etmək üçün unikal mövqeyə malik olan yeganə ölkədir”, – deyə o qeyd edib.
Mil vurğulayıb ki, artıq Mərkəzi Asiya və Türkiyədə fəaliyyət göstərən şirkətlər Azərbaycan vasitəsilə strateji əhəmiyyətli minerallar, neft-qaz məhsulları, fiber-optik şəbəkələr, eləcə də regional və rəqəmsal əlaqəlilik üzrə daha qlobal təchizat zəncirlərinin necə cəlb oluna biləcəyini nəzərdən keçirirlər.
“Bu, ABŞ-nin özəl sektorunun Azərbaycana marağına səbəb olan əsas məqamlardan biridir”, – deyə o əlavə edib. (Trend)