17.01.2026, 14:03
AZ EN
16.01.2026, 18:59 116

İsmail Safi: Azərbaycan Qarabağ zəfərindən sonra daha qətiyyətli siyasət yürüdür

XƏBƏRLƏR
  • Azərbaycanın Qarabağ zəfərindən sonra daha qətiyyətli siyasət yürütdüyü müşahidə olunur.

Bunu Türkiyə bürosuna açıqlamasında Ankara Medipol Universitetinin müəllimi İsmayıl Safi deyib.

Onun sözlərinə görə, Şərqlə Qərbin kəsişməyində yerləşən Azərbaycan coğrafi mövqeyi baxımından mühüm çox böyük əhəmiyyətə malikdir:

"Hazırda dünyanın ən böyük iqtisadiyyatlarından biri Çindədir, bu ölkənin nəhəng sənaye potensialı var. Orada istehsal olunan trilyonlarla dollarlıq mallar əvvəllər Yaponiya, Avropa, Şimali Amerika bazarlarına çıxarılırdı. Amma Yaxın Şərq, Qafqaz, Anadolu və Mərkəzi Asiya bu ticarətdən müəyyən qədər kənarda qalırdı. Amma indi vəziyyət dəyişməyə başlayıb. Qeyd edim ki, Azərbaycanın Qarabağ zəfərindən sonra daha qətiyyətli siyasət yürütdüyü müşahidə olunur. Hazırda Qafqazın gözü olan Azərbaycanın gücü hər kəsə məlumdur. Qarabağ qələbəsi ilə yeni reallıqlar yaranıb və bu, beynəlxalq ticarətdə də özünü göstərməkdədir".

İ.Safi qeyd edib ki, Ermənistan mövcud şəraitdə Azərbaycan və Türkiyənin sülhə xidmət edən addımlarını düzgün qiymətləndirməlidir:

"Türkiyə normallaşma prosesində Azərbaycanla birgə hərəkət edir. Ermənistan anlamalıdır ki, o yalnız Azərbaycanla anlaşacağı təqdirdə Türkiyə ilə quru sərhədinin açılışı gerçəkləşəcək. Hazırda Paşinyan Türkiyə və Azərbaycan rəhbərliyi ilə münasibətlərində loyallığı qoruyur və sülhü dəstəkləməyə cəhd edir. Ümid edirəm ki, bu, davam edəcək və Ermənistan davamlı sülhü seçəcək". (Report)

Oxşar xəbərlər