Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, 10.000 km ərazidəki bütün infrastrukturu, mədəni irsi dağıtdığına görə Ermənistan Azərbaycana təzminat verməlidir. Digər tərəfdən, hələ 8-ci əsrdə ermənilərin albanlara qənim kəsilərək həmin dövrdə erməni keşişin ərəb xəlifəsinə alban din xadimindən şikayət etdiyini və məktub ünvanladığını yaxşı xatırlayırıq. Məhz ermənilərin təhriki ilə 1836-cı ildə sinodun qərarı ilə Alban Apostol Kilsəsi ləğv olunaraq onun bütün mədəni irsi erməni kilsəsinə verildi. Bu gün Qarabağdakı tarixi kilsələrin hamısı albanlara aiddir, ermənilərə aidiyyatı yoxdur. Ermənistanın havadarları narahat olmasınlar. Onlar bizim abidələrdir. Tarixən olduğu kimi bu gün də biz o abidələrin həqiqi varisləri kimi onları qoruyacağıq. Qərb dairələri Ermənistandan hesabat istəməlidirlər ki, onlar niyə bu abidələrə qənim kəsilərək onları dağıdıb və ya saxtalaşdırıblar. Burada təzminatı Azərbaycan yox, həm də albanların pozulmuş hüquqlarına görə Ermənistan verməlidir”. (APA)