20.10.2024, 09:51
AZ EN
21.06.2023, 16:30 288

Vardanyan Qarabağda qan qaynadır - Region növbəti müharibənin astanasında

XƏBƏRLƏR
  • Nikol Paşinyan bir tərəfdən Qarabağ Azərbaycandır deyir, bir tərəfdən də sərhəddə silah səsləri eşidilir. Bütün bunlar onu göstərir ki, Azərbaycana qarşı müxtəlif dairələrdən məkrli plan hazırlanıb.

Bu barədə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

"İki ölkə arasında sülh müqaviləsinin imzalanmamasında maraqlı olan ölkələr çoxdur. Bir tərəfdən Fransa və Ermənistan arasında hərbi texniki əməkdaşlıqla bağlı əlaqələr genişlənir və Fransa, Hindistanın silahlarının Ermənistana göndərilməsi ilə bağlı gizli şəkildə planlar qurulub. Digər tərəfdən Ruben Vardanyanın hansısa sehirli bir gücün əlindən istifadə edərək qondarma birliklərin sayının artırılması və silahlandırılması istiqamətində iş apardığını görürük. Bütün bunlar ondan xəbər verir ki, regionda yeni hərbi eskalasiya ehtimal kifayət qədər yüksəkdir və hər an region yeni müharibəyə qərq ola bilər", - deyə o əlavə edib.

Z.Məmmədov həmçinin bildirib ki, artıq tamamilə aydın şəkildə görünür ki, regionda geosiyasi çəkişmələr ziddiyyətlər artmaqdadır.
"Vardanyan Azərbaycana qarşı müharibəyə hazırlaşır.İstisna deyil ki, Xankəndidə Vardanyan hazırki terrorçulardan əlavə, daha 10 min nəfərlik peşəkar "ordu" yaratmaq fikrinə düşüb və terrorçuları bəzi ölkələrin istehsalı olan dronlarla təchiz etmək istəyir. Bölgədə hər an müharibə ola biləcək ehtimallar durmadan artır. Qlobal güclər, eyni zamanda regional güclər regionda öz gücünü, təsir dairəsini çoxaltmaq üçün vasitələrə əl atacaqlar. Belə olan təqdirdə əlbəttə ki, Azərbaycan qələbəni qoruyub saxlayacaq və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün mühim tədbirlər görüləcəkdir. Son baş verənlər də göstərir ki, Ermənistanın sülh müqaviləsi imzalamağa niyyəti yoxdur.", - deyə o bildirib. (Trend)

Oxşar xəbərlər