18.06.2025, 14:35
AZ EN
18.06.2025, 10:57 106

Paşinyanın Türkiyəyə gedəcəyi təsdiqləndi

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin sədri Alen Simonyan baş nazir Nikol Paşinyanın türkiyəli həmkarı Rəcəb Ərdoğanın dəvəti ilə Türkiyəyə gözlənilən səfərini təsdiqləyib.

"Vətən səsi" xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb. Simonyan Ermənistanın hökumət başçısının Türkiyəyə planlaşdırılan səfərini İrəvan üçün “tarixi səfər” adlandırıb: “Düşünürəm ki, bu, tarixi səfərdir. Çünki Ermənistan lideri ilk dəfə bu səviyyədə səfər həyata keçirəcək”.

Səfərin proqramı açıqlanmasa da, Simonyan bütün regional məsələlərin müzakirə ediləcəyini vurğulayıb.

Xatırladaq ki, ötən həftə Ermənistanın “24News” agentliyi Paşinyanın iyunun 20-də Ankaraya səfər edəcəyini və Ərdoğanla görüşəcəyini yazmışdı. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında reallaşır.

Elxan SALAHOV

Oxşar xəbərlər