24.07.2025, 00:49
AZ EN
23.07.2025, 15:50 263

Corc Dik: Azərbaycanla İsrail arasında münasibətlər bundan sonra daha da möhkəmlənəcək

XƏBƏRLƏR
  • Azərbaycan və İsrail arasında münasibətlər bundan sonra daha da möhkəmlənəcək.

Bunu Azərbaycanda diplomatik missiyasını başa vuran İsrail səfiri Corc Dik bildirib.

“Bu gün İsrailin səfiri kimi fəaliyyətimi başa vurduğum bir vaxtda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla vida görüşü keçirmək şərəfinə nail oldum. Son altı il ərzində göstərdikləri əməkdaşlıq, etimad və dostluq üçün ona və Xarici İşlər Nazirliyinin komandasına dərin təşəkkürümü bildirdim.

Bizim münasibətlərimizdə əlamətdar məqamlardan biri 2023-cü ildə Azərbaycanın İsraildə səfirliyinin açılması oldu — bu, tərəfdaşlığımızın dərinləşdiyini əks etdirən tarixi addım idi.

Azərbaycandan ayrılarkən özümlə yalnız xatirələri deyil, eyni zamanda, münasibətlərimizin inkişafının davam edəcəyinə və Yaxın Şərqdə, Cənubi Qafqazda və ümumilikdə dünyada sülhün hökm sürəcəyinə ümidi də aparıram”, - deyə o, “X” səhifəsində yazıb. (Trend)

Oxşar xəbərlər