Bu barədə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş bu ölkənin dövlət bayramı - Mərakeş Kralı VI Məhəmmədin taxta çıxmasının ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.
“Fürsətdən istifadə edərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini xüsusi ehtiramla yad etmək istərdim. O, 1994-cü ildə Mərakeşdə olub. mərhum Əlahəzrət Kral II Həsənlə birlikdə onlar hər ikisinin qəlbi üçün eyni dərəcədə əziz olan konsepsiyalara - milli suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyə əsaslanan möhkəm qardaşlıq əlaqələrinin əsasını qoyublar”, - A.Embarş deyib.
Səfir əlavə edib ki, hazırda bu əlaqələr Mərakeş Kralı VI Məhəmməd və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. (Report)