"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistasn mətbuatı Məhkəmə İnformasiya Sisteminə istinadən məlumat yayıb. Bildirilir ki, Ermənistanın Baş Prokurorluğu qondarma "Dağlıq Qarabağ" hökumətinin İrəvanda yerləşən binaya mülkiyyət hüquqlarının dövlət qeydiyyatının etibarsız sayılması tələbi ilə İnzibati Məhkəməyə müraciət edib.
Xatırladaq ki, Qarabağdakı keçmiş separatçı rejimin rəhbəri Samvel Şahramanyan 2023-cü il sentyabrın 28-də qondarma qurumun buraxılması haqqında "sərəncam" imzalayıb. Erməni mətbuatının yazdığına görə, Şahramanyan qondarma qurumun buraxılması haqqında "sərəncam"ı Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı ilə imzalayıb. “Hraparak” nəşrinin yaydığı məlumata görə, təslim aktını Samvel Şahramanyan şəxsən imzalayıb. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan sərəncamın mətnindən şəxsən xəbərdar olub. O, Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyi məsləhət görüb.
Məlumata əsasən, həmin vaxt Şahramanyan Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb və onun vasitəsilə Nikol Paşinyanla telefon danışığı olub. Qarabağı gizli yollarla tərk edərək İrəvana qaçan Şahraman bir müddət üzə çıxmayıb. Antiterror tədbirlərindən bir neçə ay sonra tez-tez qondarma rejimin İrəvandakı daimi nümayəndəliyinin binasına gələrək separatçıları ətrafına toplamağa və gizli görüşlər keçirməyə başlayıb. Paşinyan hökumətindən narazı qüvvələri də ətrafına yığan separatçı liderin bu hərəkətləri xüsusi xidmət orqanlarının diqqətindən yayınmayıb. Bir müddət izlənildikdən sonra İstintaq Komitəsinə dəvət olunaraq sorğu-sual edilən Şahramanyanın əvvəlcə xidməti avtomobili, daha sonra isə qondarma rejimin İrəvandakı ofisi geri istənilib. Separatçı dəstə başçısı xüsusi qoruma hüququndan və istifadəısində olan xidməti avtomobildən məhrum edildə də binanı hələ də əldən vermək istəmir
Elxan SALAHOV