02.08.2025, 18:42
AZ EN
26.12.2024, 09:57 223

ATƏT-in yarıtmazlığı: Qarabağ, Dnestryanı bölgə...

XƏBƏRLƏR
  • "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ( ATƏT ) Qərbin alətinə çevrilərək öz rolunu itirib".

"Vətən səsi" xəbər verir ki, bunu "RİA Novosti"yə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib: "ATƏT 2015-ci ildə Minsk razılaşmalarını həyata keçirməklə Donbassda münaqişənin dayandırılmasına kömək etmək şansı əldə edib. Ancaq təşkilat bu fürsəti sonra əldən verdi".

Daimi nümayəndə ATƏT-in yarıtmaz fəaliyyətindən danışarkən Azərbaycanın Qarabağ regionu ilə yanaşı Gürcüstanda və Dnestryanı bölgədəki münqaişələrin də həll edilmədiyinə diqqət çəkib. Aleksandr Lukaşeviç bildirib ki, ATƏT-in həmin münaqişələri ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll etmək imkanları geniş olsa da, buna sadəcə olaraq maraq göstərməyib: "ATƏT Gürcüstanda, Dnestryanı bölgədə və Ermənistan-Azərbaycan münaqişəsində uğursuzluğa düçar oldu. Baxmayaraq ki, ATƏT-in ən mühüm funksiyası erkən xəbərdarlıq və mübahisələrin həllidir. Ancaq reallıqda ATƏT-in göründüyü yerdə xaos və ya müharibə yaranır, çünki Qərb ölkələri ATƏT-i “öz institutu” hesab edərək bu dağıdıcı prosesləri manipulyasiya etməyə çalışırlar”.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR