“Vətən səsi” xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib. O, deyib ki, mülki missiyanın iki qonşu dövlət arasında delimitasiya olunmamış ərazidə monitorinq aparmasının heç bir hüquqi əsası yoxdur: “Buna baxmayaraq, Avropa dövlətləri Ermənistanın mövqeyini gücləndirmək niyyəti ilə bu cür fəaliyyətlər sərgiləyir. Onların məqsədi Ermənistanı təbliğ etməkdir. Azərbaycan isə Avropa İttifaqının Ermənistan ərazisindəki missiyasını tanımır və haqlı olaraq göstərir ki, missiyanın fəaliyyəti qanunsuzdur”.
Tofiq Zülfüqarov əlavə edib ki, sərhəd müəyyən edildikdən sonra Ermənistan istənilən missiyanı öz ərazilərində yerləşdirə bilər. Lakin indiki halda müəyyən edilməmiş sərhədddə belə bir missiyanın fəaliyyəti Azərbaycana qarşı siyasi təzyiq hesab edilir. : “Sülh danışıqları başa çatmayınca və tərəflər arasında yekun saziş imzalanmayınca Ermənistanın iddia etdiyi ərazilər Azərbaycan tərəfindən tanınmayacaq: “Ermənistanın siyasi elitası keçmiş Ermənistan SSRİ-nin əsasında özlərinə dövlət qurub. İstiqlal Bəyannaməsində isə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edir və buna uyğun olaraq da siyasət yürüdürlər”.
Elxan SALAHOV