26.10.2025, 12:55
AZ EN
20.10.2025, 12:01 121

Rusiya erməni keşişlərin vasitəsilə Paşinyanı devirmək istəyirmiş

XƏBƏRLƏR
  • Bütün ermənilərin katolikosu II Qareginin Rusiya ilə işbirliyi quraraq Baş nazir Nikol Paşinyanın hakimiyyətdən devrilməsi planında iştirakı stəsdiqini tapıb. Hazırda bununla bağlı başlanılmış cinayət işi üzrə istintaq davam edir və Ktriç Nersisyanın (II Qaregin) əməllərinin sübuta yetirilməsi həm də onun özünün sonu olacaq.

"Vətən səsi" xəbər verir ki, bu barədə erməni politoloq Styopa Səfəryan bildirib. O, bildirib ki, II Qareginin dinlə deyil, siyasətlə məşğul olduğunu və ölkənin milli maraqlarını xarici kəşfiyyata satdığını Ermənistan ictimaiyyəti çoxdan başa düşüb: “Ktriç Nersisyanın insan içinə çıxarılacaq siması qalmayıb. Eçmiədzinin sosil mediadakı hesabında bir neçə yüngül təbəssümlü şəkil paylaşmağa çalışıb, amma bu fotoda onun təlaşının sonsuz miqyası açıq şəkildə görünür. Çox yaxşı anlayır ki, yayımlanan səs yazısı artıq son nöqtədir. Bu, elə bir məqamdır ki, hələ də başqa bir bəhanə ilə uzaqlaşa bilər. Həmin səs yazısı birbaşa maddi sübut və əsas oldu ki, o, son illərdə hökuməti devirməyə yönələn bütün cəhdlərdə şəxsən iştirak edib və bütün bu proseslərdə Kremlin əli olub”.

Ekspert vurğulayıb ki, II Qaregin bu gün də Baş nazir Nikol Paşinyan və komandasını devirmək üçün kölgə arxasında proseslərə dirijorluq edir. Səfəryanın sözlərinə görə, erməni katolikosu Rusiya ilə işbirliyi qurmaqla təkcə qanunsuz fəaliyyət göstərməyib, həm də dövlətə qarşı xəyanət edib: "Onun xəyanəkar əməlləri ortadadır. O, törətdiyi əməlləri və davranışlarını nə siyasi, nə dini-xristianlıq, nə insani, nə də kişilik baxımından əsaslandıra bilmir. Heç bir ölkədə xalqın mandatı ilə seçilmiş hökumət belə xəyanətkar oyunu bağışlamaz”.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanda 10-dan din xatiminin saxlanılması geniş müzakirələrə səbəb olub. Arxiyepiskop Natan Ovannisyan və II Qareginin keçmiş köməkçisi Ağan Yernjakyana aid söhbətin səs yazısı isə hələ 2023-cü ilin oktyabrında yayılıb. Səs yazısından məlum olur ki, II Qaregin bəzi din adamlarını Paşinyan hökumətinə qarşı etiraz aksiyalarına qatılmağa məcbur edib, bir neçə ruhani isə hakimiyyət nümayəndələrinin mövqeyini müdafiə edərək bu cür aksiyaların əleyhinə olublar. Lakin din xadimləri arasında fikir ayrılığı daxili ixtilaflara yol açıb və söz-söhbət sosial şəbəklələr vasitəsilə yayılıb. Bundan sonra II Qaregin tərəfindən hakimiyyətə qarşı zor tətbiqinin planlaşdırılması məsələsinə görə cinayət işi açılıb və üç yüksək vəzifəli din xadimi həbs olunub.

Elxan SALAHOV

Oxşar xəbərlər