"Vətən səsi" xəbər verir ki, erməni mətbuatının yaydığı məlumata görə, Paşinyan hökumətinə müxalif mövqeyi ilə seçilən “Vətən Uğrunda” hərəkataın fəallarının bir hissəsi etirazçı kütlədən ayrılaraq prezidentin iqamətgahı qarşısında toplaşıb. Onlar “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə”nin Ermənistan prezidenti tərəfindən təsdiqlənməsindən narzıdırlar. Etirazçılar iddia edirlər ki, Paşinyan hökuməti belə bir əsasnamə hazırlayıb təsdiq etməklə 44 günlük müharibədən sonra Azərbaycan ordusunun nəzarətinə keçən hakim yüksəklikləri və mübahisə predmeti olan bir neçə yaşayış məntəqəsini Bakıya təslim etməyə hazırlaşır.
Etiraz aksiyasının prezidentin əsasnaməni imzalamasından əvvəl keçirilməsi planlaşdırılırdı. Lakin bir neçə saat əvvəl Vaaqn Xaçaturyan onu artıq imzalayıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə” təsdiqlənib. Fərmana əsasən, bu ilin avqustun 30-da imzalanmış “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə” təsdiqlənib. Ermənistan tərəfi isə analoji sənədi bir müddət əvvəl təsdiqləyib.
Elxan SALAHOV