Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan ilə üçtərəfli danışıqlar başlamamışdan əvvəl deyib.
O qeyd edib ki, xarici işlər nazirləri sonuncu dəfə təxminən iki ay əvvəl görüşüblər və o vaxtdan indiyədək müxtəlif səviyyələrdə çoxlu sayda görüşlər, təmaslar olub.
“Danışıqlar prosesinin dinamikası kifayət qədər yüksək olsa da, nəticələr dinamikadan bir qədər aşağıdır. Amma ümumiyyətlə, müsbət nəticənin olmadığını demək düzgün deyil”, - C.Bayramov bildirib. (Report)