Bu barədə Nazirliyin yaydığı bəyanatda deyilir.
“Ermənistan Respublikasına Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bundan əlavə, Qazaxıstan hökuməti 2022-ci ildən etibarən silah və hərbi texnikanın ölkədən ixracına qadağa qoyub. Bununla əlaqədar vətəndaşlardan və KİV nümayəndələrindən yayılan şayiələrə reaksiya verməməyi və yalnız rəsmi mənbələrə etibar etməyi xahiş edirik”, - rəsmi bəyanatda vurğulanıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan çıxışlarının birində ölkəsinin Qazaxıstanı potensial hərbi texnika tədarükçüsü hesab etdiyini bildirmişdi. (Trend)