22.11.2024, 01:51
AZ EN
06.06.2024, 22:19 215

Şəhidin qardaşı: "Onun oğlu ömrünün sonuna qədər atasının axtarışında olub"

XƏBƏRLƏR
  • İllərdir onun harada olduğu barədə məlumat əldə edə bilmirdik. Təəssüf ki, şəhidin həyat yoldaşı və övladı bu günü görə bilmədi.

Bu sözləri  Qərb bürosuna Birinci Qarabağ Müharibəsində itkin düşən, 31 ildən sonra nəşinin qalıqları doğulduğu Gəncə şəhərinə gətirilən şəhid İxtiyar Əkbərovun qardaşı Qabil Əkbərov deyib.

Q.Əkbərov şəhidin oğlunun gənc yaşında xəstəliyə tutularaq dünyasını dəyişdiyini bildirib:

"O, ömrünün sonuna qədər atasının aqibətini araşdırırdı, onu tapmağa çalışırdı. İndi bizim gözümüz yollardan çəkildi. Qardaşım Vətən uğrunda canından keçib, onun 31 il sonra tapılaraq üzə çıxması bizi sevindirir. Artıq şəhidimiz doğma şəhərindədir. Onun tapılmasında başda Prezident İlham Əliyev olmaqla, hər kəsə təşəkkür edirəm. Arzu edirəm ki, bütün naməlum şəhidlərimizin taleyi məlum olsun, yaxınlarının gözü yoldan çəkilsin".

Qeyd edək ki, İxtiyar Hüseyn oğlu Əkbərov 1960-cı il yanvarın 24-də Gəncədə anadan olub. O, 1993-cü oktyabrın 13-də Ağdərə rayonunun Heyvalı (Drmbon) kəndində itkin düşüb.

İ.Əkbərov bu gün Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunub. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR