22.11.2024, 09:06
AZ EN
06.05.2024, 18:30 230

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır

XƏBƏRLƏR
  • Gürcüstan hakimiyyəti ölkədə xarici donorların fəaliyyətini məhdudlaşdırmaq istəyir və bunun üçün artıq ikinci cəhdinə başlayıb.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən Gürcüstan parlamentinə təqdim olunması və 83 deputat tərəfindən birinci oxunuşda dəstəklənməsi Gürcüstan cəmiyyətini yenidən iki cəbhəyə ayırıb – qanunun tərəfdarlarına və əleyhdarlarına. Layihə qəbul olunarsa, illik gəlirlərinin 20 faizindən çoxu xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları və media qurumları qeydiyyatdan keçməlidirlər. Həmçinin bu halda onlara “Xarici dövlətin maraqlarını müdafiə edən təşkilat” statusu veriləcək. Əslində, belə qanunlar bir çox ölkələrdə mövcuddur və ən sərt qanun Amerika Birləşmiş Ştatlarındadır. “ABŞ-da Xarici Agentliklərin Qeydiyyatı Aktı” (Foreign Agents Registration Act-FARA) 1938-ci ildə qəbul olunub. Bundan əlavə, ABŞ-da qeyri-kommersiya qurumlarının və medianın xarici təsirlərdən qorunmasına yönələn digər sərt aktlar da mövcuddur. Bununla belə, ABŞ və bəzi Qərb dövlətləri üçüncü ölkələrdə qeyri-kommersiya qurumlarını, medianı və siyasi partiyaları maliyyələşdirən xarici donorların fəaliyyətini məhdudlaşdıran istənilən qanunvericilik təşəbbüsünə qarşı çıxırlar.

Bu sözləri açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib.

O qeyd edib ki, bəzi dövlətlər daxili və xarici təzyiq qarşısında geri çəkilir və xarici donorların fəaliyyətinə geniş yer verirlər. Nəticədə bir sıra hallarda ölkədə dövlət institutları zəifləyir, qanunvericilik sistemi dəyişir və müxtəlif maraqlara xidmət edən çoxsaylı qeyri-kommersiya təşkilatları, media orqanları, hətta partiyalar yaranır. Məsələn, Qırğızıstan bu təsirlərdən ən çox ziyan çəkmiş ölkədir. Xarici donorların ölkələrdə təsir dairələrini genişlədirmək üçün istifadə etdiyi bir neçə üsul mövcuddur. Bunlar “yumşaq güc” (soft power) və ya “yumşaq təsir”, “sərt güc” (hard power), yaxud “sərt təsir” kimi vasitələrdir. Lakin son dövrlərdə bəzi supergüclərin tətbiq etdiyi təsir üsulları içərisində həm güc, həm də yumşaq təsir elementləri olan, lakin bunlarla məhdudlaşmayan “ağıllı güc” (smart power) və ya “ağıllı təsir” siyasəti də görünməkdədir. “Yumşaq təsir” donorları ilə “sərt təsir” donorlarının siyasətləri tam fərqlidir. Buna misal kimi ABŞ-ın bəzi fondlarını göstərmək olar. Bəzi ABŞ fondları və mərkəzləri, o cümlədən onların maliyyələşdirən USAID-in özü ölkələrdə legitim fəaliyyət göstərərək “yumşaq təsir” alətlərindən geniş istifadə edir. Ölkələrin hakimiyyətlərlə və hakimiyyətə yaxın olan qeyri-kommersiya qurumları ilə sıx əməkdaşlıq yaradaraq tədricən ölkə qanunvericiliyinin onların maraqlarına uyğun dəyişməsinə, regionlarda vətəndaş cəmiyyəti şəbəkələrinin yaranmasına nail olurlar.

Sahib Məmmədov deyib ki, “sərt təsir” donorlarına ən “parlaq” misal isə ABŞ fondu olan NED-i (The National Endowment for Democracy) göstərmək olar. Bu və radikal mövqeli digər donorlar ölkələrdə fəaliyyət göstərən QHT-ləri, media orqanlarını, ayrı-ayrı fəalları gizli və ya aşkar şəkildə maliyyələşdirməklə hakimiyyətlərə təzyiq vasitəsi kimi istifadə edirlər. Yumşaq və sərt donorların maneəsiz fəaliyyəti Qırğızıstanda daxili sabitliyi uzun müddət poza bilmiş, nəticədə ölkədə bir neçə dəfə hakimiyyət dəyişikliyi baş vermişdir. Hazırda Qırğızıstan Prezidenti Sadır Japarov xarici təsirlərin azaldılmasına yönələn tədbirlər həyata keçirməkdədir. Qeyd olunmalıdır ki, bəzən “yumşaq” təsir donorları ölkələr üçün daha təhlükəli olur. ABŞ hər iki vasitədən, son vaxtlar isə həm də “ağıllı güc” (smart power) və ya “ağıllı təsir” mexanizmlərindən istifadə edir. Vaşinqton bununla da “yumşaq təsir”dən yararlanmaqla etməklə dövlətləri onun strateji maraqlarına zidd fəaliyyətlərdən çəkindirmək üsulları ilə yanaşı, “arzu olunanı məcbur etmədən əldə etmək” siyasətini də geniş həyata keçirir.

“Hazırda Gürcüstan hakimiyyəti ölkədə artmaqda olan təsirləri azaltmaq üçün qanunvericiliyi dəyişmək istəyir. Bu ölkəyə kənar təsir o qədər artıb ki, hakimiyyətin daxilində də parçalanma mövcuddur. Bu məsələdə Prezident ilə hökumət arasında ziddiyyət belə yaranıb. Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır. Bu ölkənin hakimiyyəti, vətəndaş cəmiyyəti, siyasi partiya və kilsə tamamilə müxtəlif kənar qüvvələrdən asılıdır. Bu baxımdan ölkədə daxili sabitlik davamlı olaraq pozulur. Ermənistan hakimiyyəti müstəqil qərarlar qəbul edə bilmir. Sülh prosesləri də bu səbəbdən ləngiyir. ABŞ donorlarının Azərbaycandakı legitim fəaliyyəti bir qədər zəifləsə də, “sərt təsir” donorları fəaliyyətlərini davam etdirirlər. NED təşkilatı buna əyani misaldır. NED Azərbaycanda dini, sosial qarşıdurma yaratmaq məqsədilə ölkədəki bəzi QHT-ləri, qeyri-formal qrupları, sosial şəbəkə üzərindən yayımlanan kanalları, bəzi onlayn media saytlarını gizli şəkildə maliyyələşdirir. Bu qurum həm xarici ölkədə fəaliyyət göstərən, həm də daxildə mövcud olan resipiyentlər vasitəsilə ölkədaxili proseslərə təsir istiqamətində fəaliyyətlərini davam etdirir. Həmçinin ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ölkədə fəaliyyətini davam etdirir, “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Yardım Göstərilməsinin Asanlaşdırılmasına dair Əməkdaşlıq haqqında” Sazişin verdiyi vergi və sosial ödəmə güzəştlərindən də bəhrələnir”, - deyən hüquq müdafiəçisi bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizə kənar təsirlər minimuma endirib və bütün risklərin qarşısı alınıb. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR