Orada onlar şəhərin qədim tarixi barədə məlumat aldıqdan sonra Qala divarları qarşısında birgə şəkil çəkdiriblər.
Daha sonra Cıdır düzünə hərəkət edən qonaqlar oradan əsrarəngiz mənzərəni, həmçinin qəhrəman hərbçilərimizin Vətən müharibəsində qət etdiyi yolu seyr ediblər.
Şuşa səfəri başa çatdıqdan sonra Beynəlxalq Media Forumunun iştirakçıları Bakıya qayıtmaq üçün Füzuli Hava Limanına yola düşüblər. (Report)