22.11.2024, 04:20
AZ EN
26.01.2023, 11:56 338

Mahir Abbaszadə: "Yaxşı olardı ki, Avropa Parlamenti və Avropa Birliyinin nümayəndə heyəti İlham Əliyev tərəfindən başladılmış sülh prosesinə töhfə versin"

XƏBƏRLƏR
  • "Bu gün Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməyib. Belə olduğu təqdirdə, sual olunur: Avropanın müşahidə missiyası hansı sərhədlərdə monitorinq aparacaq?"

Bu sözləri Milli Məclisin deputatı Mahir Abbaszadə mətbuata açıqlamasında deyib. M.Abbaszadənin dediyinə görə, Avropa Parlamenti əslində Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya proseslərinin həyata keçirilməsinə yardımçı olmalı idi: "Yəni, sülh müqaviləsi imzalandıqdan sonra, həmçinin sərhədlər Azərbaycanla Ermənistan arasında dəqiqləşdirildikdən sonra bu missiya fəaliyyətini davam etdirə bilərdi. İndiki halda, əgər Azərbaycan və Ermənistan bir-birilərinin sərhədlərini dəqiq tanımırlarsa, Ermənistan tərəfi Azərbaycan sərhədlərini tanımırsa, Azərbaycanla bağlı torpaq iddialarından geri çəkilməyibsə, onda Avropa Parlamentinin missiyası burada nə işlə məşğul olacaq?" - deyə deputat sual edib.

"Zənnimcə, bu missiya sadəcə indiyə qədər Ermənistanla Azərbaycan arasında baş berən danışıqlarda müşahidə olunan sülh prosesinə töhfə vermək əvəzinə, sülh prosesini ləngidəcək və belə olduğu təqdirdə, Azərbaycanla Ermənistan sərhədində hansısa sülhdən və təhlükəsizlikdən danışmaq mümkün deyil.  Hesab edirəm ki, Azərbaycan tərəfi öz sərhədlərinin mühafizəsini sürətlə həyata keçirməli və ciddi şəkildə təhlükəsizlik tədbirləri görməlidir. Yaxşı olar ki, Avropa Parlamenti və Avropa Birliyinin nümayəndə heyəti cənab İlham Əliyev tərəfindən başladılmış sülh prosesinə töhfə versin. Bu prosesin sürətlə həyata keçirilməsinə köməklik etsinlər. Biz, indi bunun əksini görürük. Missiyanın sərhədlərə gəlməsi sülhə töhfə deyil və sülh prosesinin ləngiməsinə xidmət edir"- deyə millət vəkili bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR