20.10.2024, 12:36
AZ EN
14.11.2023, 13:30 315

Musa Qasımlı: “Türkiyənin məqsədi bölgəyə sülhün gəlməsidir”

XƏBƏRLƏR

Az TV-nin “Əsas məsələ” proqramında bəzi dövlətlərin regionda yürütdükləri təhlil edərkən proqramın qonağı olan Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı məsələyə münasibətini ifadə edərkən bildirib ki, Türkiyə NATO ölkəsidir:   “Türkiyənin NATO ölkəsi olaraq regionda məqsədi nədir? Məqsədi sülhün yaranmasıdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, əməkdaşlıq edilməsidir və bütövlükdə bu bölgəyə sülhün gəlməsidir. Hətta xatırlayırsınızsa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir ki, mən Rusiya prezidenti Vladimir Putinə dedim ki, Cənubi Qafqazdakı məsələləri bitirmək lazımdır, sülh gəlməlidir. Yəni Türkiyənin Qafqazdakı siyasəti müstəqil siyasətdir”. Deputat daha sonra bildirib ki, hələ 1921-ci il 16 mart tarixli “rus-türk” müqaviləsindən bəri nə qədər enib-qalxmalar olubsa, bu ölkələr münasibətlərdə onu gözləyiblər. Bu, çox vacib bir şeydir: “Toxunacağım ikinci bir məsələ isə  odur ki,  heç bir ölkə bir patronunu belə, bir tankını, topunu belə qarşısında məqsədi olmadan heç bir regiona göndərməz, 1 sent pulunu belə verməz. Soruşulur ki, bax, belə bir şəraitdə, məqsəd nədir ki, bunlar Qafqaza gəlirlər? Mən tarixlə müqayisə eləmək istəyirəm. Hərçənd bütün müqayisələr qüsurludur və 20-ci illərdə olan vəziyyətlə indiki vəziyyət eyni deyil. O dövrdə də Antanta ölkələri Rusiyanı cənubda Kırımdan və Qafqazdan sarmaq istəyirdilər. Həmin dövrdə də daşnak Ermənistanı o ölkələrlə bərabər hərəkət edirdi. Bu gün də faktiki olaraq ona bənzər bir mənzərə yaranır Ukrayna-Rusiya müharibəsində. Bu çox mürəkkəb bir məsələdir. Ermənistan belə hesab edir ki, Rusiya-Ukrayna müharibəsində Rusiya məğlub olacaq, Qərb ölkələri ilə bərabər Qafqazdan  hərəkət edəcəklər. İndi soruşulur və ən vacib məsələlərdən biri, yaxşı bizə münasibət nə üçün belədir ki, əleyhimizə danışılır, aqressivlik, bəyanatlar verilir və s. Bunun bir kökü var.  Azərbaycanın qazandığı qələbə tək dünya erməniliyi üzərində deyil, onların da üzərindədir. Digər tərəfdən, Azərbyacan heç bir zaman qonşularına münasibətdə digər ölkələrinin siyasətinin alətinə çevrilməyib. Həm İrana münasibətdə, həm də Rusiyaya münasibətdə. Bu çox vacib məsələdir. O qonşuluq münasibətini millətimizin  xarakterindən gələrək biz qorumuşuq hər zaman. Bu isə bir çox Qərb ölkələrinin xoşuna gəlmir. Bir vaxtlar Gürcüstanı müdafiə elədilər. Gürcüstan indi bizimlə dost ölkədir, qonşumuzdur. Bu gün Gürcüstan hansı vəziyyətdədir? Ərazisi parçalanmış bir haldadır. Ukrayna bərbad və parçalanmış bir vəziyyətdədir. Moldova da həmin vəziyyətdədir. Baxın, belə bir şəraitdə Türkiyə bu regionun ənənvi dövlətidir. Bunu bir neçə dəfə söyləmişəm. Bəlkə də, təkrar olur, amma istəyirəm bunu yenə deyim, Türkiyə NATO ölkəsidir, amma  siyasətinə baxın. 1982-ci ildə İsrail-Livan müharibəsi başlayır. Əfqanıstana sovet hərbi müdaxiləsindən və 1980-ci il 12 sentyabr çevrilişindən sonra sovet-türk münasibətləri Qərb bloku çərçivəsində idi.  1982-ci ilin dekabrında Türkiyənin xarici işlər naziri  İltər Türkmən Moskvaya səfər edir. Sovet xarici işlər naziri Qramıko ilə görüşür. Qramıko çox maraqlı ifadə işlədir: “Neçə min km uzaqdan ABŞ-ın nə işi var gəlib bu Yaxın Orta Şərqi qarışdırır? Bu Yaxın Orta Şərqin məsələlərini həll edəcək iki ölkə var. Onun bir ucunda siz yerləşirsiniz, bir ucunda biz”. Bunları xatırlatmaqda məqsədim odur ki, Türkiyə bu regionda sülhün olmasında maraqlıdır”. Tarixçi alim daha sonra əlavə edib ki, Türkiyənin Cənubi Qafqazda  hərbçilərinin olması 1918-ci ildən bəri  ilk dəfədir: “Bu isə sülhə xidmət edir. Türkiyənin Ermənistanla bağlı olan bəyanatlarında deyilir ki, biz istəyirik ki, Ermənistanla normal mehriban qonşuluq münasibətlərimiz olsun. Qafqaza üçüncü dövlət gəlməsin, Üçüncü dövlət həmişə bu regionu qarışdıracaq. Bu regionun məsələlərini bu region dövlətlərinin özləri həll  etməlidirlər. Ənənəvi dövlətləri həll etməlidirlər”, - deyə millət vəkili vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər