Bu barədə Ermənistan KİV məlumat yayıb.
Tərəflər Avropa Şurası çərçivəsində əməkdaşlığın prioritet istiqamətləri, Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün davamlı möhkəmləndirilməsinə yönəlmiş səylərə, eləcə də humanitar məsələlərə toxunublar.
A.Mirzoyan Ermənistanın iddialı demokratik islahatlar proqramının həyata keçirilməsinə sadiq olduqlarını vurğulayıb. Tərəflər həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. (Report)