22.09.2024, 00:01
AZ EN
22.04.2024, 21:45 197

İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər

XƏBƏRLƏR
  • BAM-ın tikintisi Sovet İttifaqının bütün respublikalarını birləşdirib.

Bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.

Azərbaycan dövlətinin başçısı qeyd edib: “Bu, həqiqətən də belədir. Onu (BAM-red.) təsadüfən ümumittifaq tikintisi adlandırmırdılar. Əlbəttə, biz fəxr edirik ki, azərbaycanlı inşaatçılar, mütəxəssislər tikintidə fəal iştirak ediblər”. (Report)

Oxşar xəbərlər