18.10.2024, 16:24
AZ EN
03.10.2024, 17:33 180

Erməni əsilli kinorejissor: "İlham Əliyev elə bir siyasətçidir ki…"

XƏBƏRLƏR

"Azərbaycan prezidenti İlham Əliyev çox böyük, regional siyasətdən qat-qat böyük miqyaslı siyasətçidir".

"Vətən səsi" xəbər verir ki, bunu tanınmış Sovet və rus kinorejissoru, "Mosfilm" konserninin baş rejissoru və idarə heyətinin sədri, Rusiyanın Xalq artisti, erməni əsilli Karen Şahnazarov “Moskva-Bakı”ya müsahibəsində deyib. O, Azərbaycan prezidentinin  siyasi sferada böyüdüyünü söyləyərək onu hər şeyə öz baxışı, öz ideyası olan uzaqgörən siyasətçi kimi xarakterizə edib: "Öz ölkəsinin suverenliyi, müstəqilliyi onun üçün əsas ideyadır. İlham Əliyev bütün Cənubi Qafqazın strukturuna təsir edir və qonşular arasında sülhə müsbət təsir göstərməyə çalışır. Onun qarşısında ölkə daxili məsələlərdən daha böyük olan hədəflər durur. Bu mənada ona birmənalı hörmətim var. Təəssüf ki, eyni şeyi onun erməni həmkarları haqqında demək olmaz”.

Elxan SALAHOV

Oxşar xəbərlər