22.11.2024, 00:44
AZ EN
30.11.2023, 14:11 323

ABŞ Azərbaycanla Ermənistan arasında barışıq olmasını istəyirsə...

XƏBƏRLƏR

İkinci Qarabağ müharibəsindən, xüsusilə də bu ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycana qarşı qərəzli münasibət sərgiləyən ABŞ hökuməti geri addım atmaq məcburiyyətində qalıb. Belə ki, Cənibi Qafqaz regionunun lider dövlətinə qarşı haqsız olaraq neqativ mövqe sərgiləyən Bayden administrasiya son bir neçə gündə səhvlərini düzətməyə çalışır.

"Vətən səsi" xəbər verir ki, həftənin əvvəlindən  ABŞ rəsmiləri Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsinə dair israrlı bəyanatlar verməyə başlayıb. Rəsmi Vaşinqton dövlət katibinin timsalında sülh danışıqları istiqamətində növbəti addım atıb. Antoni Blinken dünən Vaşintqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşməklə ABŞ regionda sülhün bərqərar olması vədlərinə sadiqliyini nümayiş etdirib. Bununla həm də ABŞ-ın Azərbaycanla münasibətlərin pisləşməsində Vaşiniqtonun maraqlarına cavab vermədiyi, Bakının haqlı tələblərinin yerinə yetirilməsindən başqa başqa yol olmadığı da rəsmi İrəvanın diqqətinə çatdırılır.

Xatırladaq ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayının noyabrın 16-da Senatın xarici əlaqələr Komitəsində rəsmi Bakı ilə yüksək səviyyəli münasibətlərin təxirə salınması barədə bəyanatı, habelə Senatın 907-ci düzəlişin 2 il müddətində tətbiqi barədə qəbul etdiyi qəaradan sonra tərəflər arasında gərginlik artıb. Belə ki, rəsmi Bakı Vaşinqtonun haqısz və ədalətsiz qərarına cavab olaraq ABŞ-la yüksək səviyyəli səfirlərin səfərlərinin dayandırıldığını bəyan edib. Rəsmi Bakı eyni zamanda xarici işlər nazirlərinin noyabrın 23-də Vaşinqtonda keçirilməli olan görüşündə iştirakdan imtina edib.

Son günlər isə Vaşinqtonun geri naddım atması və Azərbaycanla münasibətlərin soyumasına səbəb ola biləcək hərəkətlərdən çəkinməsi bölgədə daha maraqlı siyasi proseslərin gedəcəyindən xəbər verir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obraynın iki gün əvvəl jurnalistlərin suallarını cavablandırarkən Vaşinqton Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün real fürsət görür" söyləməsi də buna işarədir.

ABŞ Dövlət katibi Antoni Blinken isə noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi zamanı  iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə Obraynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Azərbaycan prezidentinin bu şərtini bunu qəbul edib.

Siyasi təlilçilər hesab edirlər ki, ABŞ administrasiyası doğrudan da səmimi şəkildə Bakı və İrəvan arasında dayanıqlı sülhün bərqərar olmasını istəyirsə regionun ən güclü dövləti olan və müstəqil siyasət yürüdən Azərbaycanın ədalətli mövqeyini və maraqlarını nəzərə almağa məcburdur. Əks halda Amerikan region ölkələri arasında etibarlı tərəfdaş olmaq iddiasını gerçəkləşdirə bilməyəcək. Bu isə ABŞ-ın qlobal siyasətdəki mövqelərinin zəifləməsi deməkdir.

Elxan SALAHOV

Oxşar xəbərlər