21.11.2024, 23:00
AZ EN
04.06.2024, 17:03 281

Aydın Kərimov: İƏT Şuşanı gənclər paytaxtı seçməklə düzgün və rəmzi qərar qəbul etdi

XƏBƏRLƏR
  • İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Şuşanı gənclər paytaxtı seçməklə həm düzgün, həm də rəmzi qərar qəbul etdi.

Bunu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının açılış mərasiminin iştirakçılarına videomüraciətində qeyd edib.

O, ilk dəfə Şuşa sakinlərini öz doğma yurdlarında qarşıladıqlarını bildirib: "Onların içərisində gənclər də var. Azərbaycan xalqı, o cümlədən gənclər Şuşanin bərpası, inkişafı və zəngin mədəniyyətinin yenidən dirçəldilməsi üçün çalışırlar". (Report)

Oxşar xəbərlər