Ukrayna taxıl yetişdirilməsi üzrə dünyanın aparıcı ölkələrindən biridir. Bu səbəbdən kənd təsərrüfatı təyinatlı torpaqların silah-sursatdan təmizləmək iqtidarında olan texnologiyalara böyük diqqət ayrılır.
Bu barədə “Efarm pro” layihəsinin rəhbəri Aleksandr Prixodçenko eksklüziv şərhində bildirib.
“Biz mina təmizlənməsi üçün maşın işləyib hazırlamışıq. Daha effektli və maliyyə baxımından sərfəli olan bu maşından həm Azərbaycanda, həm də Ukraynada ərazilərin minalardan təmizlənməsi prosesində istifadə etmək olar. Biz Ukrayna ərazilərində uğurla istifadə olunan avtopilotlar və naviqasiyalı sistemlərlə iş sahəsində artıq əhəmiyyətli təcrübəyə malikik. Bu, minalanmış ərazilərdə insanlar üçün riski aradan qaldıran qurğunu işləyib hazırlamağa bizi sövq etdi. Əsas məsələ mina partlayışı zərbələrinə tab gətirməyə qadir olan maşını işləyib hazırlamaq idi. Azərbaycan ilə birgə təcrübəmiz ən mühüm və əsas amala - insan həyatını qorumağa malik olan texnologiyanın hazırlanması ola bilər”, - deyə Aleksandr Prixodçenko qeyd edib. (AZERTAC)