22.11.2024, 09:54
AZ EN
25.09.2024, 10:15 253

Paşinyan Avropa Şurasının baş katibinə də yalan danışdı

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda Avropa Şurasının baş katibi Alen Berset ilə görüşdə növbəti dəfə yalan danışmaqla beynəlxalq ictimaiyyəti aldatmaq istəyib.

"Vətən səsi" xəbər verir ki, erməni Baş nazir avropalı diplomatla söhbətində Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu, lakin rəsmi Bakının bu təkliflərə ciddi yanaşmadığını deyib: “İrəvan razılaşdırılmış maddələr əsasında Bakı ilə sülh sazişi imzalamağa və gələcək müzakirələri davam etdirməyə hazırdır”.

Nikol Paşinyan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və bunun işğalçı ölkənin konstitusiyasında təsbiq olunması barədə danışarkən də yalan danışıb. O, Alen Bersetlə görüşündə rəsmi Bakının bununla bağlı tələbinin nə vaxt yerinə yetiriləcəyi barədə suala cavab verməkdən yayınıb. Bu, azmış kimi, Paşinyan iddia edib ki, guya Azərbaycan konstitusiyasının Ermənistana qarşı “ərazi iddiaları” var: "Amma Ermənistan bunu danışıqlar mövzusuna çevirmir. Çünki orada - sülh müqaviləsinin razılaşdırılmış mətnində “tərəflərdən heç birinin bu beynəlxalq müqavilənin müddəalarına əməl edilməməsi üçün bəhanə kimi öz daxili qanunvericiliyinə istinad edə bilməyəcəyinə” dair bir müddəa mövcuddur".

Beləliklə, Avropa Şurasının baş katibi ilə görüşən Nikol Paşinyan rəsmi Bakının Ermənistan konstitusiyasına dəyişiklik edilməsi və Azərbayacana qarşı ərazi iddialarına dair müddəaların sənəddən  çıxarılmasına dair tələblərini yenə qulaqardına vurub.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR