22.11.2024, 10:14
AZ EN
21.12.2022, 17:47 353

Hulusi Akar: Ermənistan Azərbaycan və Türkiyənin uzadılan sülh və dostluq əlini tutmalıdır

XƏBƏRLƏR
  • Ermənistan Azərbaycan və Türkiyənin uzadılan sülh və dostluq əlini tutmalıdır.

Bunu Türkiyə milli müdafiə naziri Hulisi Akar Kayseridə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki görüşdə Cənubi Qafqaz və regiona dair bütün inkişaf və əməkdaşlıq perspektivləri müzakirə edilib.

"Ölkələrimiz arasında strateji əlaqələrin bundan sonra da davam etməsi hər birimiz üçün əhəmiyyətlidir. Bu əməkdaşlığımız bütün dünya üçün bir nümunədir. Ermənistanın Azərbaycan və Türkiyənin uzadılan sülh və dostluq əlini tutması gərəklidir. Ermənistan təxribatlardan əl çəkib razılaşmlara əməl edərsə, barış və rifahın bir parçası ola bilər. Biz bunu gözləyirik", - deyə nazir əlavə edib. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR