19.10.2024, 23:42
AZ EN
06.10.2023, 19:15 242

İranlı nazir: “Cənubi Qafqazda sülh region üçün böyük perspektivlər yaradacaq”

XƏBƏRLƏR
  • “Cənubi Qafqazda sülh region üçün böyük perspektivlər yaradacaq”.

Bunu İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş Prezident İlham Əliyevlə görüşdə bildirib.

Nazir Azərbaycanın Qarabağ bölgəsinin reinteqrasiyası ilə bağlı təbriklərini çatdırıb və bunu çox mühüm hadisə kimi dəyərləndirib.

O, qeyd edib ki, Azərbaycanın pozulmuş haqlı və ədalətli mövqeyi 30 ildən sonra xoşbəxtlikdən öz yerini tutub və ölkə suverenliyini bərpa edib. Mehrdad Bəzrpaş region ölkələri və xalqlarının bir-biri ilə dərin tarixi və mədəni əlaqələrə malik olduğunu deyərək, Cənubi Qafqazda sülhün region üçün böyük perspektivlər yaradacağını bildirib. (Report)

Oxşar xəbərlər