19.09.2024, 05:42
AZ EN
28.09.2023, 16:44 169

Tural Gəncəliyev: “Azərbaycan qanunları, Azərbaycan Konstitusiyası bu məsələləri çox gözəl tənzimləyir”

XƏBƏRLƏR

Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiya prosesi bu gün Azərbaycan dövlətinin, yəni mərkəzi hakimiyyətin qarşısında dayanan ən vacib məsələlərdəndir. Prezident İlham Əliyevin Azərbaycan xalqına sonuncu çıxışında da, etdiyi nitqdə də məhz reinteqrasiya prosesi qarşımızda dayanan vacib hədəflərdən biri kimi qeyd olundu. Əslində bu Qarabağın gələcək inkişafı üçün bir yol xəritəsi idi. Şübhəsiz ki, orda yaşayan ermənilər təbii ki, öz istəklərinə uyğun olaraq Qarabağda qalıb Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra, Azərbaycan vətəndaşının malik olduğu bütün hüquq və azadlıqlardan istifadə edə bbiləcəklər. Yəni, bu, Azərbaycan dövlətinin Qarabağda yaşayan erməni əhalisinə tam olaraq verdiyi bir zəmanətdir və Azərbaycan bu istiqamətdə öz addımlarını atır, humanitar yardımlar göndərilir və s. Orda baş verən proseslərdə Azərbaycanın mərkəzi haklimiyyət orqanlarının birbaşa təsiri, daha doğrusu, tam hadisələrin dəstəklənməsi və bütün proses zəruri lazımi səviyyədə gedir. Reinteqrasiya prosesində biz daha nələri görəcəyik, hansı mərhələlər bu prosesi özündə əhatə edəcək kimi suallara Milli Məclisin deputatı Tural Gəncəliyev “Real” TV-yə açıqlamasında aydınlıq gətirib.

“Reinteqrasiya prosesi çox əhatəli,  müxtəlif istiqamətlərində elementləri özündə birləşdirən proses olacaq. Bu, həm ilk növbədə hüquqi çərçivədə Azərbaycan Respublikasının vətəndaşlığı prosesinin alınması, Azərbaycan vətəndaşlığının qəbul edilməsi, pasportların, şəxsiyyət vəsiqələrinin verilməsi kimi hüquqi çərçivədə başlayacaq. Təbii ki, buna erməni sakinləri özləri qərara verirlər. Heç kim orada yaşayan insanları məcbur edə bilməz ki, siz Azərbaycan vətəndaşlığını qəbul edin. İstər sosial şəbəkələrdə yayımlanan video-çəkilişlərdən, istərsə də TV kanallarında gördüyümüz kimi də istənilən şəxslər Azərbaycan ərazisini tərk edirlər, qalanlar isə bu hüquqi çərçivədən keçməlidirlər. İkincisi, burada təbii ki, o insanların təhlükəsizliyinin, hüquqlarının, azadlıqlarının qarantiyası məsələsidir. Bu da Azərbaycan qanunları və konstitusiyası çərçivəsində çox gözəl şəkildə tənzimlənmişdir. Beyənlxalq ictimaiyyətin, Ermənistanın havadarlarının əsas Azərbaycana qarşı gileyləri, əvvəlcədən “şikayətləri” bundan ibarət idi ki, bəs Qarabağda olan erməni sakinlərinin hüquqları təhlükəsizliyi necə olacaq? Biz isə dövlət başçısından tutmuş rəsmilərimizə qədər dəfələrlə  elan etdik ki,  burda yaşayan sakinlərin bütün hüquq və azadlıqları təmin ediləcək, qarantiya veriləcək, təhlükəsizliyi təmin ediləcək. Təbii ki, Azərbaycan vətəndaşı olaraq onlar hüquqlar, vəzifələr daşıyacaq, amma eyni zamanda öhdəlikləri də var. Öhdəlikləri nədən ibarətdir: hamımız çox gözəl bilirik ki, Azərbaycan qanunlarına hörmət etmə, suverenliyimizə hörmət etmə, bayrağımızı tanıma, Azərbaycan sərhədlərinə, ərazi bütövlüyünə qarşı fəaliyyət göstərməmək. Yəni, bir Azərbaycan respublikası vətəndaşının üzərinə vəzifə olaraq nə düşürsə, hüquq olaraq da öhdəliklər müəyyən edilmişdir”.

Deputat daha sonra əlavə edib ki, bu proses heç də asan proses deyil:  “30 il ərzində Ermənistanın işğalı ağır izlər qoymuşdu. Elə həmin orada yaşayan insanlar, sizin kanal vasitəsilə də baxırıq müsahibələrə. Görünən odur ki, həmin insanlar nə qədər xunda rejimindən, xunta rejiminin əlindən əziyyət çəkirlər. Müsahibələrdə deyirlər ki, bizə deyirlər çıxın gedin. Görünür ki, bu, xunta rejiminin rəhbərləri separatçılar özləri istəmirlər ki, həmin o insanlar orda qalsınlar. Çünki onların qurduğu mif, yalançı, saxta xunta rejimi artıq yoxdursa, orda yaşayan insanları da orda görmək istəmirlər. Yenə də bizim üçün fərqi yoxdur. İnsanların öz qərarıdır, öz istəyidir.  Ancaq yenə də bizim üçün fərqi yoxdur. Həmin insanlardan söhbət edirik ki, onlar orda doğulublar, yaşayıblar. Yəni, Ermənistan respublikasının vətəndaşları əziyyət çəkib Ermənistan respubliaksına qayıtmalıdırlar. Qarabağa aidiyyatı olmayan şəxslərin də ümumiyyətlə, Azərbaycan Respublikası ərazisində qalması da düzgün deyil. 

Azərbaycan qanunları, Azərbaycan konstitusiyası bu məsələləri çox gözəl tənzimləyir”,- deyə deputat vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər