Politoloq İlyas Hüseynov bununla başlı “AtvXəbər”ə açıqlamasında bildirib ki, 2011-ci ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatı təsisatında üzvülük qazandıqdan sonra ölkəmizdəki siyasi skeptriklər bu fəaliyyəti kifayət qədər ciddi şəkildə tənqid etdilər. Bildirilirdi ki, Azərbaycan dünyada aparıcı hərbi-siyasi alyans olan NATO-nun və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq öz gələcəyini müəyyənləşdirməlidir. Bir sözlə, hərbi-siyasi təhlükəsizlik nöqteyi-nəzərdən geosiyasi seçim olmalıdır: “Lakin Azərbaycan “Qoşulmama Hərəkatı”nın üzvü olmaqla hər hansısa hərbi bloklarda iştirakını məhdudlaşdırdı və bununla balanslaşdırılmış mövqe ortaya qoydu. “Qoşulmama Hərəkatı”nın fəlsəfəsi ilə Azərbaycanın regional siyasəti üst-üstə düşdü”.
Azərbaycan müstəqil olduqdan sonra dünyada sülh və təhlükəsizlik, ölkədə ərazi bütövlüyü prinsipinin təntənəsinə daim dəstək verməyə çalışıb. Bu istiqamətdə ölkəmizin digər beynəlxalq təşkilatlarla yanaşı, Birləşmiş Millətlər Təşkilatının Baş Assableyasından sonra dünyada ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının ali platformasında da əlverişli platforma kimi uğurla yararlana bilməsi artıq danılmaz fakdır. Təsadüfi deyildir ki, hələ Prezident İlham Əliyev Azərbaycanın Hərəkata öz sədrliyi dövründə beynəlxalq hüquq və ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi Banduq prinsipləri üzərində quracağını vəd etmişdir. Azərbaycan Prezidenti beynəlxalq aləmdə üzərinə götürdüyü bütün öhdəliklər kimi, 120 ölkə qarşısında verdiyi bu sözə də əməl etdi. Sədrliyi dövründə ölkəmiz Hərəkat üzvlərinin ədalətli mövqeyini, bəzi ölkələrin tapdanan haqlarını beynəlxalq müstəvidə müdafiə etmək üçün bütün səylərini səfərbər etdi. Onu da xüsusi vurğulayaq ki, Azərbaycanın Hərəkata rəhbərliyinin ilk illəri “covid-19” pandemiyası ilə əlaqədər dünyanın qlobal böhranı dövrünə düşsə də, Azərbaycan sədr olaraq Təşkilatın gündəmini də hazırkı reallıqlara uyğun çevik və effektiv şəkildə qura bildi. Prezident İlham Əliyevin həmin günlərdə pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və Azərbaycanın bu istiqamətdə bütün təşəbbüsləri dünya ölkələri tərəfindən tam dəstəkləndi. 2020-ci ilin mayında Hərəkatın ilkin olaraq “covid-19” ilə mübarizəyə həsr edən liderlər səviyyəsində onlayn sammiti keçirildi. Həmin sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi. 2020-ci ilin dekabrında uğurlu bir ssesiya baş tutdu. 70-dən çox dövlət və hökumət başçısının çıxış etdiyi xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ciddi beynəlxalq tədbir olaraq Hərəkatın sədri kimi Azərbaycan aktivinə yazıldı. Özlərini demokratiya və humanizm dəyərlərinin beşiyi kimi təqdim edən bəzi ölkələrin pandemiya dövründə qiymətləri qeyri-bərabər şəkildə bölməyə cəhd etmələrinə rəsmi Bakı etiraz səsini ucaltdı. Azərbaycan Lideri bu kimi anti-insani davranışları peyvənd millətçiliyi adlandırdı və buna qarşı mübarizə apardı: “Biz bəzi varlı ölkələrin həyata keçirdiyi peyvənd millətçiliyini xüsusi pandemiya ilə mübarizədə ciddi maniə kimi qiymətləndirdik. Nəticədə “Qoşulmama Hərəkatı” bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadə etməsi üçün 2021-ci ildə də BMT İnsan Haqqları Şurası və BMT Baş Assambleyasında qəbul etmiş iki qətnamənin təşəbbüskarı oldu.”
Hərəkata üzv ölkələr daim diplomatik müstəvilərdə Azərbaycanın haqq işini, ərazü bütövlyünü dəstəklədi. Bununla bağlı ciddi bəyanatlar, sənədlər qəbul edildi ki, bu da 44 günlük müharibədə ölkəmiz üçün əlavə uğurlu diplomatik dvidentlər, beynəlxalq ictimai rəyi ölkəmizin xeyrinə dəyişən yeni indikatorlar oldu. Qoşulmama Hərəkatı xüsusilə Vətən müharibəsi dövründə Azərbaycana qarşı xain qəsd planını pozdu.
2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş riyakar bəyanatın qarşısı məhz dostlarımız, “Qoşulmama Hərəkatı”nın 7 üzv ölkəsi tərəfindən qətiyyətlə alındı. Azərbaycan Prezidenti öz çıxışlarında təkcə sədrliyi dönəmində deyil, qarşıdakı illərdə də Təşkilatın missiya və vəzifələrini müəyyən edir, qlobal təhlükəsizliyin arxitekturasında Təşkilatın oynamalı olduğu rolunu da göstərirdi: “Yeni dünya nizamı yenidən formalaşmaqdadır. İndi dünya soyuq müharibənin sona çatmasından bu yana baş verən ən ciddi Şəqr-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində hiss olunur. “Qoşulmama Hərəkatı” BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpmalı və səmərəli rol oynamalı və yeni dünya nizamının yenidən formalaşmasında fəal iştirak etməlidir”.
Hazırladı: Tahirə AĞAMİRZƏ