Nəşrdə elmi dəlillərlə göstərilir ki, Azərbaycan folklorşünaslığında müşahidə edilən keyfiyyətcə yeni mərhələ məhz 1970-ci illərdə milli-mənəvi dəyərlərə arxa və dayaq olan Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Dahi rəhbər möhkəm iradəsi, əzmi və təşəbbüskarlığı ilə milli mədəni irsin öyrənilməsinin optimal yollarını tapır, onun tədqiqi və təbliği işini ən yüksək səviyyədə təşkil etməyi bacarırdı. Onun şəxsi nüfuzu və istedadı sayəsində şifahi xalq yaradıcılığının öyrənilməsi böyük uğurla davam etdirilir, ona gənc nəslin tərbiyəsi, sovet insanının mənəviyyatının yüksəldilməsi, mədəni irsin qorunması və s. adlar verilərək, ideoloji zərbələrin mümkün dairəsindən çıxarılırdı. Kitabda bütün bunlar dərin və əhatəli əksini tapıb.
Tədqiqatın əsas məqsədi Azərbaycan folklorunun toplanması, qorunması və öyrənilməsinə daim qayğı göstərmiş Ulu öndərin xidmətlərini sistemli şəkildə araşdırmaq və folklorşünaslığın elmi dövriyyəsinə daxil etməkdir. Müəllifin bu yöndə çalışmaları uğurlu alınıb, ciddi elmi mənbə ərsəyə gəlib.
Hazırladı: Mina RƏŞİD