Bunu Qazaxıstan Parlament Məclisinin Sədri Yerlan Koşanov Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.
O qeyd edib ki, Heydər Əliyevin bütün həyatı Azərbaycan xalqı və dövlətinə xidmətə həsr olunub. “Heydər Əliyevin bütün bunlarla yanaşı çox yüksək insanı keyfiyyətləri var idi. Onun dühası bütün türk dünyası üçün vacibdir.
Mən onun Qazaxıstanla Azərbaycan arasındakı yüksək rolunu qeyd edəcəyəm. O, qazax xalqına qarşı səmimi münasibət və əlaqələrimizin inkişafı üçün çox mühüm səylər göstərib. Ümummilli lider demişdir ki, “Mən Qazaxıstan xalqına qarşı dərin hörmət və böyük sevgi hissi keçirirəm”. Onun bu çıxışı mənə, yəni gənc bir parlament üzvünə çox yaxşı təsir etmişdi”, - deyə o əlavə edib. (Trend)