24.05.2025, 00:53
AZ EN
17.05.2023, 08:55 284

Özbəkistan mətbuatında Ulu Öndər Heydər Əliyevlə bağlı məqalə dərc olunub

XƏBƏRLƏR
  • Türk Ağsaqqalları İctimai Birliyi İdarə Heyətinin sədri, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun “Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” adlı məqaləsi Özbəkistanın “aniq.uz”, “fikr.uz” saytlarında yayımlanıb.

Adıçəkilən ölkənin özbək və rus dillərində fəaliyyət göstərən iki media orqanında işıq üzü görəm məqalədə Özbəkistanın türk dünyasındakı yerindən və Ümummilli Lider Heydər Əliyevin ölkələrimiz arasındakı münasibətlərin inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edilir.

Məqalədə, eyni zamanda, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi önə çəkilir. Bildirilir ki, Prezidentin uğurlu diplomatik fəaliyyəti nəticəsində Özbəkistanla münasibətlərimiz daha da inkişaf edib.

Yazıda, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın xarici ölkələrlə əlaqələrinin inkişafındakı rolunun əhəmiyyəti vurğulanır. Mehriban xanım Əliyevanın 2022-ci ilin noyabr ayında Özbəkistana səfər çərçivəsində Səmərqənddə Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşündən bəhs edilir.

Həmçinin, yazıda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı fəaliyyəti öz əksini tapır. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR