18.10.2024, 12:09
AZ EN
19.04.2023, 12:00 402

Rusiyalı alim: Heydər Əliyev gələcəyin adamı idi

XƏBƏRLƏR
  • Heydər Əliyev gələcəyin adamı idi. Biz ondan ibrət alacağıqmı? Bəli, əlbəttə alacağıq. Onun həyat təcrübəsindən istifadə edəcəyikmi? Bəli, edəcəyik və bu monoqrafiya ona xidmət edəcək.

Bu fikirləri Novosibirsk Dövlət İqtisadiyyat və İdarəetmə Universitetinin prorektoru Vladimir Romaşin “Heydər Əliyev – Rusiyadan baxış” elmi monoqrafiyasının təqdimatında deyib. Kitab Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun dəstəyi ilə nəşr olunub. Monoqrafiyanın müəllifləri Novosibirsk Dövlət Texniki Universitetinin professoru Mixail Çernyakov və Novosibirsk Dövlət İqtisadiyyat və İdarəetmə Universitetinin dosenti Kamal Əkbərov, elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovdur.

Prorektor deyib: “Azərbaycan xalqının Ümummilli Liderinə həsr olunmuş və onun anadan olmasının 100 illiyi ilə əlaqədar hazırlanan kitabla biz Heydər Əliyevin həyat təcrübəsini, onun uzaqgörən və müdrik qərarlarını tələbələrimizə tədris etmək istəyirik ki, onlar gələcək fəaliyyətlərində bunları rəhbər tutsunlar”.

O xatırladıb ki, Azərbaycana xarici investisiyaları məhz Heydər Əliyev cəlb edib, daha sonra respublikanın hasilat sənayesi yeni mərhələyə yüksəlib.

“Bu və digər faktlar Ümummilli Lideri başqalarından fərqlənən şəxsiyyət kimi səciyyələndirir. Çox insan var ki, onlar tarix yaradırlar, lakin onların heç də hamısı tarixdə qalmır. Heydər Əliyev tarixdə üstəlik Azərbaycan-Rusiya münasibətlərinin qurulmasında və inkişafında çox böyük rol oynayan insan kimi də qalıb. Bu kitabın müəlliflərinin iki xalqın – Azərbaycan və Rusiyanın oğulları olması rəmzi xarakter daşıyır. Bu, Heydər Əliyevin beynəlxalq miqyaslı insan olmasının daha bir göstəricisidir”, - deyə V.Romaşin qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər