Ümummilli Lider Heydər Əlievin ikinci dəfə hakimiyyətə gəldiyi dövr Azərbaycan üçün çox çətin bir sınaq dövrü idi. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilmiş, on minlərlə qaçqın və məcburi köçkün ölkənin müxtəlif bölgələrinə səpələnmişdi. Əvvəlki rəhbərliyin siyasi səriştəsizliyi üzündən daxili və xarici siyasət düzgün aparılmadığından ölkədə sosial, iqtidsadi, siyasi həyat ürəkaçan deyildi. Belə bir çətin vaxtda xilaskar kimi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi xalqı bir araya gətirdi və onda gələcəyə inam yaratdı. Saysız-hesabsız problemlərin içərisində Ulu Öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ən ucqar ərazilərə gedir, onların həyat şəraitləri ilə şəxsən tanış olur, aidiyyəti oqanlara göstərişlər verirdi.
Qaçqın və məcburi köçkünlərlə keçirilən Qurban bayramı
1994-cü il mayın 21-də Ulu Öndər Heydər Əliyev Zuğulbadakı pansionatda müvəqqəti məskunlaşmış qaçqınlar və məcburi köçkünlərlə görüşdü. Həmin gün Qurban bayramına təsadüf etdiyindən qaçqın və məcburi köçkünlər Heydər Əliyevin ayaqları altında qurban kəsdilər. Məktəblilər Ulu Öndəri gül-çiçək dəstələri ilə qarşıladılar.
Heydər Əliyev görüşdə nitq söylədi: O, dedi: “Azərbaycanın gözəl diyarı Qarabağ torpağının sakinləri, o torpaqda yaşamış, böyümüş soydaşlarımız!
Hamınızı və sizin simanızda bu gün, bu müqəddəs gündə bütün Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını, xalqımızın böyük bayramı - Qurban bayramı münasibətilə təbrik edirəm, hamınıza səadət və xoşbəxtlik arzulayıram...
Bayram günündə hər şeydən əvvəl torpaqlarımızın, ərazi bütövlüyümüzün, müstəqilliyimizin müdafiəsi yolunda canını qurban vermiş övladlarımızı, bacı və qardaşlarımızı minnətdarlıqla yad edirəm. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaqdır və əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. Onlar öz qəhrəmanlığı, şəhidliyi ilə özlərinə əbədi abidə qoyublar. Vətən müharibəsində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi rica edirəm”.
Gün gələcək, bu əzab-əziyyətli günlər tarixdə qalacaq
Ölkə başçısı sonra qaçqın və məcburi köçkünlərin buradakı həyat şəraiti ilə maraqlandı. Köçkünlərdən bəziləri yelərinin darısqal olduğunu bildirdilər. Ulu Öndər söylədi ki, mən bilirəm. Bilirəm ki, yeriniz darısqaldır. İndi bütün qaçqın və məcburi köçkünlər çətin şəraitdə yaşayırlar. Mən Sizə dözümünüzə, səbrinizə görə böyük hörmət edirəm. “Tarixə nəzər salsaq görərik ki, xalqımız beş il, on il yox, bəzən əsrlərlə əsarətə, əziyyətə mərhumiyyətə dözüb, ancaq mənliyini, inamını, milli qürurunu itirməyib. Biz də itirməyəcəyik. Gün gələcək ki, bu əzab-əziyyətli günlər tarixdə qalacaq. Xalqımız öz müstəqil dövlətində şən, xoşbəxt, firavan yaşayacaqdır. Mən buna əminəm və sizi də əmin edirəm ki, Azərbaycanın dövlət hakimiyyəti və Prezident kimi mən qələbəyə nail omaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Daha sonra ölkə başçısı dedi ki, bu günkü görüşümüzdə fürsətdən istifadə edərək son vaxtlar respublikamızda gedən proseslər, ölkəmizdəki vəziyyət barədə bəzi fikirlərimi sizə çatdırmaq istəyirəm.
“Bilirsiniz ki, Ermənistanın Azərbaycana təcavüzü son illər ardıcıl dvam edir. Nəticədə biz ərazimizin bir hissəsini itirmişik. Son vaxtlar, xüsusən mən Azərbaycanın rəhbərliyinə qayıdandan sonra ordu qurulması, müdafiə imkanlarımızın artırılması, eyni zamanda respublikamızın müstəqil dövlət kimi xalqın mənafeyinə uyğun siyasət yeritməsi istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Biz müharibə ilə əlaqədar həm də beynəlxalq aləmlə münasibətləri möhkəmləndirmək sahəsində müəyyən iş aparmışıq. Sizə mlumdur ki, Azərbaycanın böyük iqtisadi, intellektual, mədəni, sosial potensialı son illər bir tərəfdən müharibə, digər tərəfdən isə respublikamızın daxilində gedən siyasi proseslər nəticəsində, ayrı-ayrı qrupların hakimiyyət uğrunda mübarizəsi, bir çox adamların xalqın mənafeyinə, zidd hətrəkətləri nəticəsində dağılmışdır”.
Şuşada görüşmüşdük
Ulu Öndər Heydər Əliyevin qaçqın və məcburi kökünlərlə görüşü həmişə sanki bir bayrama çevrilirdi. Elə bu görüşdə də, köçkünlər Ulu Öndərlə səmimi söhbət edir, ona olan böyük inam və ehtiramlarını bildirirdilər.
Ulu Öndər deyir: “Bu gün elə burada yadıma salırlar ki, Şuşada görüşmüşdük. Bəli, düz deyirsiniz. Vaqifin məqbərəsinin açılışına gəlmişdiniz. Bir bacım dedi ki, Siz mənə “Şərəf Nişanı” ordeni vermişdiniz. Axı o görüşlər elə-belə görüşlər deyildi. O vaxt xalqımız rahat, firavan yaşayırdı. Xatirinizə salın, Şuşanın abadlaşması, gözəlləşməsi üçün 70-ci illərdə biz nə qədər işlər gördük! (yerdən səs: Şuşada çoxmərtəbəli binaları Siz tikdirmisiniz, Qarabağa dəmir yolunu Siz çəkdirmisiniz). Bəli, çoxmərtəbəli yaşayış binaları, mehmanxana, şəhərin abadlaşması, tarixi abidələrin, məscidlərin bərpası, dahi şairimiz Molla Pənah Vaqifin məqbərəsi, Xan qızı Natəvanın evinin bərpası, Bülbülün, Üzeyir Hacıbəyovun ev muzeylərinin yaradılması... Görülən işlər çoxdur. Şuşalılar bunların hamısını yaxşı bilir. Bir Şuşada bu qədər iş görülmüşdü, görün Azərbaycanın başqa yerlərində nə qədər işlər görülüb. Sənaye və Kənd Təsərrüfatı müəssisələri, elektrik stansiyaları tikilmiş, kanallar, su hövzələri, şose və dəmir yolları çəkilmişdi. Bəli, həmin Ağdama, Xankəndiyə, ondan sonra Balakənə, Şəkiyə dəmiryolları çəkildi. Nə qədər işlər görüldü...”
Biz yalnız Sizi tanıyırıq!
Ölkə başçısı sonra sözünə davam edərək bildirdi ki, bir vaxtlar hakimiyyətdə olarkən xalqı uçuruma aparanlar indi də düşmən dəyirmanına su tökürlər. Onlar görülən işlərə kölgə salmağa çalışılar: “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan. Güman edirəm, siz inanırsınız ki, biz buna qadirik. Prezident kimi mən də gecə-gündüz bu məsələlərlə məşğul oluram. Ancaq respublikamızın belə çətin dövründə müxtəlif istiqamətlərdə fəaliyyət göstərdiyimiz bir vaxtda daxildəki bəzi qüvvələr yenə də aranı qarışdırmaq istəyirlər”. Bu sözləri dinləyən köçkünlər yerdən səslənirlər: “Onlarla heç kimin əlaqəsi yoxdur. Biz ancaq Sizi tanıyırıq”.
“Bir tərəfdən Gəncədə bir dəstə, digər tərəgdən Lənkəranda bir dəstə, başqa tərəfdən, ayrı bölgələrdə dəstələr peyda olmuşdu. Azərbaycan dağılıb gedirdi. Azərbaycanı bu şəraitə gətirib salanlardan biri olan İsa Qəmbərov üç saat mənim özümdən xahiş edib ki, gəlin respublikanı bu vəziyyətdən çıxarın. Mən dedim ki, gələ bimərəm, Çünki siz Azərbaycanı çox pis vəziyyətə salmısınız. Əbülfəz Elçibəy üç-dörd gün mənimlə danışıqlar apardı. Onlar bir həftə çalışdılar ki, məni Azərbaycana gətirsinlər. Mən də gəlib onların düz üzünə dedim ki, siz Azərbaycanı dağıtmısınız. Özləri istefa verdilər. İsa Qəmbərov da, Pənah Hüseynov da...”
“Bu fikirləri Sizə çatdımaqla yanaşı onlara xəbərdarlıq edirəm. Mən bir Prezident kimi bütün Azərbaycan xalqını, əhalinin bütün təbəqələrini, bütün siyasi qüvvələri, Bütün partiyaları, bütün təşkilatları milli həmrəyliyə, vətəndaş həmrəyliyinə dəvət etmişəm və dəvət edirəm. Milli həmrəylik, vətəndaş həmrəyliyi ancaq Azərbaycan xalqı tərəfindən seçilmiş qanuni Prezident ətrafında ola bilər...
Mən bu məsələləri Sizə geniş çatdırmaq istədim. Güman edirəm ki, fikirlərim bu axşam televiziya vasitəsilə Azərbaycan xalqına çatdırılacaqdır.
Mən bu fikirləri sizə çatdıraraq bir daha hamınıza, sizin simanızda bütün Qarabağ mahalının əhalisinə, şuşalılara, laçınlılara, kəlbəcərlilərə, ağdamlılara, füzulilərə, cəbrayıllılara, qubadlılara, zəngilanlılara, sakinləri didərgin düşən digər bölgələrin bütün əhalisinə öz hörmət və ehtiramımı bidirirəm. Əmin olun ki, sizin həyat şəraitinizlə maraqlanırıq və bundan sonra da maraqlanacağıq. Qaçqınların məskunlaşdığı ərazilərdə dəfələrlə olmuşam. Biz çalışacağıq ki, müharibə şəraitindən tezliklə qurtaraq, torpaqlarımızı geri qaytaraq, hər biriniz öz ev-eşiyinizə dönəsiniz. Sağ olun!
Bir daha bayramınızı təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram”.
Hazırladı: Mina RƏŞİD