08.09.2024, 07:37
AZ EN
04.05.2023, 16:48 203

Heydər Əliyev məni məşhur bir Tərlan elədi...

XƏBƏRLƏR
  • Elə böyük ürəkli, işıqlı insanlar var ki, onunla hər görüş bir bayramdır. Belə insanla çalışmaq, qurub-yaratmağın özü də bir səadətdir. Milli Məclisin sabiq deputatı Tərlan Musayeva da Ulu Öndər Heydər Əliyevlə onun hər iki hakimiyyəti dövründə birgə çalışdığı üçün özünü xoşbəxt hesab edir.  

“Heydər Əliyev dövlət rəhbəri idi, mən isə sadə bir əmək adamı idim. O böyük şəxsiyyətin sayəsində iki dəfə SSRİ Ali Sovetinin deputatı olmuşam. Müstəqillik dövründə də, ilk deputatlardan biri idim.

Mən adi bir kənd qızıydım, onun diqqəti, qayğısı ilə məşhur bir Tərlan oldum. Heydər Əliyev mənim taleyimə möhür vurmuş bir insandır”.

Tərlan xanım Ulu Öndərlə bağlı xoş xatirələrindən danışır. Deyir ki, bir dəfə pambıq yığımı mövsümü idi. Mən üç il idi ki, işləyirdim... Çiskinli havaydı. Belə havalarda kombayn yaxşı işləmirdi. Elə həmin anlarda Heydər Əliyev sahəyə gəldi və dedi ki, mən kombaynla pambıq yığımına baxmaq istəyirəm. Mən o anda cəld maşına əyləşdim... Cəsarətim onun xoşuna gəldi və yadında qaldı...

“Ölkə başçısı hər Bərdəyə gələndə iş başında onunla görüşürdük. Görüşlərimizin biri qəflətən, heç gözləmədiyimiz bir vaxtda olmuşdu. Sahənin başına çıxanda gördüm ki, maşın karvanı gəlib və Heydər Əliyev buradadır. Mənim də üst-başım toz, kipriklərimdən də toz tökülürdü. Əlimi arxada gizlətdim və dedim ki, “Xoş gəlmisiniz!” Gəldi dedi, əlini niyə gizlədirsən? Dedim, yoldaş Əliyev, kombayn sınmışdı... Mazutlu əlimdən tutdu və dedi ki, biz bu əllərin çörəyini yeyirik. Toz-torpağın içində mənim alnımdan öpdü... Nə qədər sadə insan idi. Özünü zəhmət adamlarına sevdirirdi. Özü də bizə çox hörmət bəsləyirdi.

1979-cu il idi, indiki kimi yadımdadır, dedilər ki, Heydər Əliyev buradan, bizim tarladan keçəcək. Hamı bir-birinə dəydi. Axı biz onu gül-çiçəklə qarşılayırdıq. Dedim ki, narahat olmayın, bu dəfə biz onu duz-çörəklə qarşılayarıq. Tez bir “padnus” tapıb götürdüm, içinə dəsmal sərdim, lavaşı və duzu da ora qoydum...

Heydər Əliyev lavaşı bükdü, biz ona dürmək deyirik, duza batırdı. Dedi ki, bu lavaş mənə Naxçıvanı xatırlatdı. Naxçıvan lavaşına oxşadı...

AXC partiyasının hakimiyyəti dövründə Heydər Əliyevin komandasından olan adamları sıxışdırırdılar. Mənə də təzyiqlər olurdu. Onlara deyirdim ki, mənim əqidəm birdi...

Mənim iş otağımda, evdə də hər tərəfdə Heydər Əliyevin portretləri asılıb həmişə. Heydər Əliyev Naxçıvandan mənə məktub yazdı ki, mənə görə özünü təhlükəyə atma...

Heydər Əliyev mənim gəncliyim, bu günüm və gələcəyimdir. Mən onu necə unuda bilərəm. Heç nəslim, ailəm də unutmaz!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər