18.07.2025, 19:02
AZ EN
17.03.2023, 10:27 295

Hökumət xaçları sökdürür

XƏBƏRLƏR
  • "Hraparak"ın bugünkü xəbərləri hökumətin tənqidi ilə başlayıb. "Hakimiyyət xaçları və xaçdaşları sökməyi qərara alıb" başlıqlı məqalədə yazılıb ki, bütün dövlət və icma əhəmiyyətli yollarda olan xaçların və xaçdaşların sökülməsi üçün hökumət yeni qeyri-mənəvi qərar qəbul edib.

Qərar həm də xatirə lövhələrinə şamil edilir. Bununla bağlı ərazi idarəetmə və infrastruktur naziri Qnel Manisyandan rəsmi məktub da alınıb və işə start verilib.

Məktubda deyilir ki, "Ermənistan Respublikasının dövlət və respublika əhəmiyyətli avtomobil yollarında özbaşına quraşdırılmış (yerləşdirilmiş) xatirə daşları, xaçların və xaçkarların (daş xaç) sökülməsi (yenidən montajı) üçün vilayətlərdə gedən işlərə dəstək verməyinizi xahiş edirəm.

Bu qərardan narazı olanların sayı artır. Qeyd olunur ki, yolların "təmizlənməsi" qərarı "Nikol Paşinyanın türk və azərbaycanlı kirvələrinin xətrinə qəbul olunub".

Daha sonra yazılıb ki, Nikol Paşinyan öz yoldaşlarına (yoldaş sözü azərbaycanca yazılıb və azərbaycanlılar nəzərdə tutulur -N.Q.) vəd verib ki, Ermənistana azad gediş-gəliş zamanı yollarda erməni xristian nişanlarına rast olmasınlar.

Nə deyirik, təki qəzetin yaydığı bu xəbərləri anons gerçəkləşə.

Nəsib Qaramanlı

Oxşar xəbərlər