20.09.2024, 14:31
AZ EN
05.07.2024, 10:29 248

Haylar yeni bəhanə axtarışındadır

XƏBƏRLƏR
  • "Hraparak"ın bugünkü sayında "Hayakve" adlı təşkilatın konstitusiya günü ilə bağlı keçirdiyi toplantı və qəbul etdiyi bəyanat barədə də xəbər yayılıb.

Qeyd olunub ki, əhalini konstitusiya bayramı ilə əlaqədar təbrik edən təşkilat hakimiyyətin yeni konstitusiya layihəsinin hazırlanması üçün yaratdığı komissiyanın qeyri-qanuni olduğunu bildirib. Vurğulanıb ki, müstəqillik haqqında bəyannamənin prinsipləri ilə uzlaşmayan bu komissiya dərhal buraxılmalıdır. Hər bir işdəki nöqsanı, çatışmazlığı başqalarının üstünə atmağa vərdişli olan  bu qurumun rəhbərliyi onu da bildirib ki, hakimiyyət məhz Türkiyənin və Azərbaycanın tələbi ilə yeni konstitusiya qəbul etmək istəyir. Bunun baş tutmaması üçün sonadək mübarizə aparacaqlarını lovğalıqla bildirən və hələ də qeydiyyatdan keçməyən bu antitürk təşkilatın da digərləri kimi tezliklə Nikol Paşinyanın tərəfinə keçməyə məcbur olacaqları isə qaçılmazdır.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR